Rəqqasə-aktrisa Oksana Rəsulova cərrahiyyə əməliyyat etdirəcək.
Median.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi bu barədə "ATV maqazin onlarla" proqraqmında danışıb:
"Dizimdə yırtıq yaranıb, nəinki müalicə, əməliyyat etdirmək lazımdır. Belə yırtıq peşəkar idmançılarda və rəqqaslarda olur. Əməliyyatdan qaçıram, və başqa istiqamətlərdə müalicə aparıram. Amma alınmır. Rəqs edərkən yox, oturub-duranda əziyyət verir. Deyirlər, əməliyyatdan sonra fəsadı ola bilər. Ona görə də çəkinirəm".
Rəsulova dizindəki bu xəstəliyin irsi olduğunu da dilə gətirib.