Şairə Nazilə Səfərli vaxtilə yaşadığı acınacaqlı həyatı ilə bağlı səmimi etiraflar edib.
Median.Az baku.ws-ə istinadən xəbər verir ki, Səfərlinin "ATV Onlarla Maqazin" proqramındakı açıqlamaları televiziya tamaşamçılarını göz yaşlarına boğub:
"Xəstəxanalarda yaşayırdım, qaraciyərimdən 4 dəfə əməliyyat olunmuşam. Narkoz almağa pulumuz olmayıb, a kişi sən nə danışırsan? Gözüm görə-görə, narkozsuz qaraciyərimi deşiblər.
Bibim qızlarının əyninə paltar alınanda sevinirdik ki, gələn il köhnələcək, biz geyinəcəyik. Yəni o həyatı gəlib keçmişəm. O vaxt qapımızı heç kim açmırdı".