Əməkdar artist Elza Seyidcahanın anasının yaşadığı ev hər kəsi təəccübləndirib.
Median.Az axşam.az-a istinadən bildirir ki, "Ulduzlu yayım" verilişinin qonaq olduğu evin hasarının olmaması diqqət çəkib.
Müğənninin anası Seyidcahan bildirib ki, "Kubinka" adlı ərazidə evi plana düşüb, ona görə də Zirə kəndinə köçüb.
"Hazırda təmir işləri gedir. Buranı belə almışam. Övladlarım kömək edəcək düzəldəcəm" deyə, o, söyləyib.
Daha sonra sənətçinin anası müsahibə verməkdən boyun qaçırıb. E.Seyidcahan isə söyləyib ki, evi kreditlə anasına özü alıb.