Səhhətində yarandığı problemlərə görə Türkiyəyə gedən Xalq artisti Naibə Allahverdiyeva vəziyyətinin normal olduğunu deyib.
Median.Az xəbər verir ki, lent.az-a açıqlama verən tanınmış aktrisa bildirib ki, müalicəsi üçün heç kimdən pul istəməyib:
"Səhhətim pisləşəndən sonra bir çox insanlar mənə zəng etdi. Maraqlananlar çoxdur. Mənə görə narahat olurlar. Bəzi mətbuat orqanları yazıb ki, guya müalicə üçün pul istəmişəm. Bütün bunlar yalandı. Elə söz deməmişəm. Demişəm ki, səhhətim pis olduğuna görə qayıda bilmirəm. Bura da çox bahalı klinika imiş. Mənə bunu deməmişdilər. Dedikləri kimi olmadı. Vəziyyətim pis olduğuna görə, qayıda bilmirəm. Bu gün vəziyyətim normaldır. Hələ nə zaman Bakıya qayıdacağımı bilmirəm".
Qeyd edək ki, N.Allahverdiyeva bundan əvvəl mediaya açıqlamasında bu sözləri demişdi:
"Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar".
Türkiyədəki həkim aktrisaya vurulan iynənin vaxtı keçmiş olduğunu bildirib.