Sosial şəbəkələrdə "Sayqa ilə" verilişində Afaq Aslandan “Yox” cavabı alan və efirdə huşunu itirərək yerə yıxılan gəncin kim olması aydınlaşıb.
Median.Az xəbər verir ki, yazılan fikirlərin birində həmin gəncin "Gənclik" metrostansiyasının çıxışından 50 metr məsafədəki ətir mağazasında işlədiyi bildirilib.
İddiaya görə, gənc yola çıxır, qızlara yaxınlaşır, onları mağazaya girib ətirlərə baxmağa məcbur edir:
"Qadınlar yox dedikdə isə, arxalarınca düşür, yalvarır ki, nə olar gəlib ətirlərə baxın".
Qeyd edək ki, ARB TV-nin "Sayqa ilə" verilişinin yeni mövsümdə ilk qonağı müğənni Afaq Aslan olub. Verilişdə qonaq olan Afaq Aslana şok evlilik təklifi edilib. Belə ki, studiyaya gələn gənc oğlan müğənninin qarşısında diz çökərək ona evlilik təklif edib. Müğənnidən “Yox” cavabı alan gənc efirdə huşunu itirərək yerə yıxılıb.