Amerikalı aktyor Mikki Rurk onu Ukraynada, Xmelinski bölgəsinin Zaqorçı kəndində dəfn etmələrini istədiyini söyləyib.
Bu barədə Ukraynanın “Today” qəzeti məlumat yayıb.
Sözügedən kənddə aktyorun köməkçisi Dmitri Korneyçukun nənəsi yaşayır.
“Dimaya dedim ki, mən öləndə nəşimin ABŞ-da dəfn edilməsini istəmirəm. O, babasının harada dəfn olunduğunu göstərdi və özünün də orada dəfn olunmaq istəyini dilə gətirdi”, - deyə, Rurk bildirib.
“Güləşçi” filmindəki roluna görə 2009-cu il “Oskar” mükafatı namizədi olan Rurkun 67 yaşı var.