"Bu qədər uşaq dünyaya gətirmək, qayğılarına qalmaq, həyatı bölüşmək çox çətindir".
Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Elgizlə izlə" verilişində deyib. Proqrama gələn 16 uşaqlı ailəyə görə zəng edən sənətçi işlərinin çoxluğundan gileylənib:
"Çatdırmıram, işim çoxdur. Bütün işimi özüm edirəm. Övladlarımın həm sürücüsü, həm dayəsi, həm aşpazı, həm həkimi, həm müəlliməsiyəm. Öz işlərimi çatdıra bilmirəm.
Hərdən rəfiqələrim zəng edir ki, nə edirsən? Deyirəm, paltar ütüləyirəm. Deyirlər ki, əsl yaradıcılıq işləridir. Nə edim, bu da mənim yaradıcılıq işimdir".
Qeyd edək ki, aparıcı Rövşən Cahangirovla ailəli olan müğənninin 4 övladı var.