Sentyabrın 13-də dünyaca tanınmış jurnalist Ksenya Sobçakın toyu qeyri-adiliyi ilə yaddaşlarda qaldı.
Median.Az xəbər verir ki, qəribə məqamların ən maraqlısı ondan ibarət idi ki, gəlin maşını ənənəvi gəlin maşınlarından tamamilə fərqli olaraq ölüdaşıyan furqon katafalk seçiblər.
Kseniya Sobçak və Konstantin Boqomolov həmin ölüdaşıyan katafalkı təmtəraqla bəzədib və üzərinə də «Пока смерть не разлучит нас» (Nə qədər ki, ölüm bizi ayırmayıb-red) lozinqunu yazdırıblar.
Buna baxmayaraq katafalkın içinə tabut qoyulub və qırımızı rənglə bəzədilib. Kseniya çox bahalı gəlinlikdə olsa da bəy çıqan köynəyi geyində həmin maşında uzanmış formada kilsəyə uzanmış formada gəliblər. Onları kəbin kəsilən kilsədə yaxınları müşaiyət edib. Daha maraqlı məqam isə cütlüyün nigah mərasiminə şahid qismində qatılan dizayner Andrey Bartnevin geyimi olub. Belə ki, o ağlasığmaz geyim formasında cütlüyün rəsmi nigah mərasiminə qatılıb. Nigah mərasimindən soran cütlük yenidən “ölü maşını”na minərək tabuta uzanaraq geri dönüblər.
Nigahdan geri dönən cütlük Moskva küçələrində sovet dövründəki cütlüklər kimi gəzişiblər və Kreml divarları yanında knyaz Vladimirin abidəsi önünə əklil qoyublar.
Cütlük gəlinlik paltarında Moskva Muzeyində olublar.
Sadə inanların zəngin insanların muzeyə gəlməsini görməsin deyə, muszeyin qapısını qara parça ilə örtüblər.