Rejissor Kənan Mahmudov (Kənan MM) Bakı Nəqliyyat Agentliyini tənqid edib.
Median.Az xəbər verir ki, rejissor bu barədə sosial şəbəkə hesabında yazıb:
"Marketlərdə su 40 qəpikdir, lakin sizin maşınınız vardırsa, bu sizə 20 manat 40 qəpiyə başa gəlir... 40 qəpik marketə, 20 manat isə BNA-ya"
Qeyd edək ki, Kənan Mahmudov bir müddət əvvəl də, BNA kameralarının avtomobil nömrəsini çəkə bilməməsi üçün avtomobilinin yük yerinin qapısı açıq saxlamış və insanları da belə qanun pozuntusu törətməyə çağırmışdı.//ölkə.az