Çin səfərinə hazırlaşan Nadir Qafarzadə həyat yoldaşını niyə özü ilə aparmır? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:19 İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var  |     19:01 “Krokus” terroruna görə daha bir nəfər həbs edildi - FOTO  |     18:58 Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə Məlumatı  |     18:49 Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı  |     18:46 KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib  |     18:26 Tovuzda qəza: Üç nəfər xəsarət alıb  |     18:04 Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)  |     17:51 Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü (VİDEO)  |     17:41 Türkiyə toyuq ətinin ixracına qadağa tətbiq etməyə hazırlaşır  |     17:37 Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər  |     17:23 60 yaşlı qadın dünya gözəli seçildi - FOTO  |     17:05 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:52 Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib  |     16:29 “Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA  |     16:09 Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO  |     16:06 “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib  |     15:27 Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var  |     15:12 Azərbaycan iki nazirə yeni səlahiyyət verilib - SƏRƏNCAM  |     15:11 Azərbaycanda hakim intihar etdi  |     15:10 Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı  |    

Çin səfərinə hazırlaşan Nadir Qafarzadə həyat yoldaşını niyə özü ilə aparmır? - AÇIQLAMA

Müğənni Nadir Qafarzadə Çinə gedir.

Median.Az
-ın məlumatına görə, bu barədə o özü Oxu.Az-ın əməkdaşı ilə söhbətində məlumat verib.

N.Qafarzadə bildirib ki, o, səyahəti, xüsusən, ekzotik ölkələri sevdiyindən musiqiçi həmkarları ilə birlikdə Çinə üz tutacaq.

"Səyahət etməyi çox sevirəm. Bütün Avropanı gəzmişəm. Afrikanı və Hindistanı da gördüm. Ekzotik ölkələrə getmək, oranın koloriti, mədəniyyəti və insanları diqqətimi çəkir. Mənim üçün Avropaya gedib gözəl hoteldə qalmaqdansa, Afrikanın, Hindistanın, Çinin narahat yerləri daha maraqlı gəlir və elə yerləri gəzib dolaşmaqdan zövq alıram. Özüm üçün çox maraqlıdır ki, oranın vətəndaşları necə və hansı şəraitdə yaşayır, çətinliyə düşəndə necə addım atırlar. Çünki həyatdır, heç kim heç nədən sığortalanmayıb. Birdən mən çətinliyə düşsəm, özümü onların mühitinə adaptasiya edirəm ki, mən də onlar kimi həmin addımı atım. Bir sözlə, ekzotik ölkələri və ekzotik şəraiti çox xoşlayıram. Elə məhz buna görə də bu dəfə üz tutacağım ölkə Çindir", - deyə müğənni deyib.

"Uçmağı sevmirəm. 12 saat uçmaq isə mənim üçün fəlakətdir" söyləyən sənətçi bildirib ki, həyat yoldaşı Sevinc xanım onunla səfərə getməkdən imtina edib: "Çinə həmkarlarımla, musiqiçi dostlarımla gedirəm. Ailə ilə səyahət etməyi şəxsən mən çox sevirəm. Bu dəfə isə yoldaşım Sevinc xanım mənimlə səfərə çıxmaqdan imtina etdi. Səbəb isə onun da mənim kimi uçmaq həvəsinin olmamasıdır. Həyat yoldaşım 12 saat uçacağını bilən kimi yox dedi. Bizim ABŞ-a birlikdə belə səfərimiz var idi. Ondan da imtina etdi. Elə bu səbəbdən də mən onsuz səyahət etməyə məcbur oluram. Çünki, düşünürəm ki, bir daha dünyaya gəlməyəcəyəm. Yəni bir daha Çinə getmək şansım olmaya bilər (gülür). O səbəbdən qərar verdim ki, nəyin bahasına olursa, olsun gedib Çinə çıxacağam”.

Qeyd edək ki, bir müddət bundan öncə Nadir Qafarzadə Hindistana səfər etmiş, orada rast gəldiyi ən maraqlı məqamları lentə alaraq, şəxsi “İnstagram” hesabında izləyiciləri ilə paylaşmışdı.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 421 10.09.19 22:38