Bu vitaminin qəbulu XƏRÇƏNG yarada bilər - XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:01 "Bavariya"nın 38 yaşlı qapıçısı Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə aldı  |     11:54 "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi  |     11:52 Makron istefa verməkdən imtina etdi  |     11:49 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     11:46 Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır  |     11:11 Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı  |     22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |     22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |     21:40 Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb  |     21:36 Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO  |     21:30 Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq  |     21:24 Rüfət Səfərov saxlanıldı  |    

Bu vitaminin qəbulu XƏRÇƏNG yarada bilər - XƏBƏRDARLIQ

Süni vitaminlərin qəbulu orqanizmə nəinki fayda vermir, əksinə ziyan vurur, hətta bəzi ciddi xəstəliklərin riskini artırır.

Median.Az 
Saglamolun.az-a istinadən xəbər verir ki, bu barədə müasir elmi araşdırmalar sübut edib.

Belə ki, A vitamininin həddindən artıq qəbulu dəri xərçənginin, C vitaminin normadan artıq miqdarda qəbulu isə qaraciyər və böyrək xəstəliklərinin riskini xeyli artırır.

Son elmi araşdırma göstərib ki, B6, B9, B12 kimi vitaminlərin normadan artıq qəbulu ağciyər xərçənginin inkişafına təkan verə bilər. Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, siqaret çəkən insanlarda bu risk qat-qat daha böyükdür.

Ekspertlər vurğulayır ki, məsələn, B12 vitamininin gündəlik norması 55 mqr-dır və adi qidalanan insan bu normanı asanlıqla ala bilir. Bəzi vitamin komplekslərində B12-nin miqdarı 1000 mqr (!) çata bilər ki, bu da orqanizmdə B12-nin profisitini (orqanimdə normadan çox olması) yaradır.

Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda vitaminin defisiti onun profisitindən daha ziyansızdır.

Əslində sağlam insana heç bir əlavə süni vitamin lazım deyil. Normal qidalanan insan bütün lazım olan vitamin və mineralları qidadan asanlıqla ala bilir. Hipo- və xüsusilə də avitaminoz çox nadir pozulmalardır ki, onların inkişafı yalnız bəzi xəstəliklər, aclıq, özbaşına tutulan pəhrizlər zamanı mümkündür.

İstənilən halda vitamin və ya vitamin-mineral kompleksi yalnız həkim tərəfindən və yalnız lazım olan müayinələrdən (laborator və s.) sonra təyin olunmalıdır. Bu xüsusilə yaşlı insanlara aiddir. Xaricdə həkimlər yaşlı xəstələrə vitaminləri çox nadir hallarda təyin edirlər.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 115 26.08.19 19:31