Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi |
Mojo.az Avto
Mojo.az Avto

Həkim-pediatr: Çaytikanı yağından burun damcısı kimi istifadə iltihabın qarşısını alır

24.09.2021 23:59 2 337
Həkim-pediatr: Çaytikanı yağından burun damcısı kimi istifadə iltihabın qarşısını alır
Çaytikanı yağından burun tutulmasını aradan qaldırmaq üçün faydalıdır. Çaytikanı yağına allergiyası olmayan iki yaşa qədər körpələrin burnuna yağı qulaq çöpü ilə, yaşı 2-dən yuxarı olanlara isə pipet ilə damcılatmaq olar. Çaytikanı yağı bakteriyalara qarşı öldürücüdür, yara sağaldıcıdır. Sadəcə valideynlər diqqət etməlidirlər ki, iki yaşa qədər uşaqların burnuna yağı damcı şəklində tökmək olmaz. Belə olan halda, yağ nəfəs yoluna gedə bilər. Ona görə də, qulaq çöpünü yağa batırıb selikli qişanı yağlamaq lazımdır.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat verib.

Həkim-mütəxəssis qeyd edib ki, çaytikanı yağı daha çox uzun müddət damardaraldıcı və hormonal spreylər istifadə edənlər üçün təyin edilir: "Həmin məhlullar selikli qişanı atrofiyalaşdırır. Tərkibi mometazon olan məhlullardan istifadə zamanı da ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə hormonal spreyləri yalnız allergik rinitin kəskinləşməsi dövründə istifadə etmək olar. Burunda qaşıntı, sulanma və asqırma olduqda bu məhlullar on gün müddətə təyin edilir. Uzun müddət istifadə selikli qişanın nazikləşməsinə, atrofik rinitin yaranmasına gətirib çıxarır".

A.İsmayılzadənin dediyinə görə, çaytikanı yağı iltihablı burun axıntısının qarşısını almaq üçün də faydalıdır: "Ümumilikdə 10 gün olmaqla sutka ərzində üç dəfə burunun hər dəliyinə 1-2 damcı tökmək lazımdır. Çaytikanı yağı, həmçinin mütəmadi burun qanamasından əziyyət çəkənlər üçün də məsləhətdir. Hətta allergik riniti olan uşaqlar üçün 1 ay müddətində hər axşam istifadə edilə bilər. Çay tikanı yağından istifadə nəticəsində, selikli qişaya düşən allergenlər yağa yapışır və selikli qişa allergik iltihab törədə bilmir. Ən azından uşaq səhərlər asqırmaqdan və burnunun tutulmasından şikayət etmir. Bundan başqa, müxtəlif efir yağları da burun tutulması baş verdikdə nəfəsalmanı rahatlada bilər. Misal üçün, inqalyasiya zamanı bir damcı evkalipt yağının əlavə edilməsi faydalıdır. Lakin istənilən halda, müxtəlif yağlardan istifadə üçün mütəxəssislə məsləhətləşmək lazımdır".

Son xəbərlər