Kompüterin gözləri zədələdiyinə dair qəti bir dəlil olmasa da, yaxından baxmağın miyopiyanın (görmə qabiliyyətinin zəifləməsi) inkişafı üçün təhlükə yarada biləcəyi bilinir.
Bunu oftalmoloq Anar Quliev bildirib.
Onun sözlərinə görə, uzun müddətli kompüter istifadəsi istifadəçilərdə göz yorğunluğu, baş ağrısı, bulanıq görmə, gözlərdə ləkələnmə, bəzən cüt görmə kimi əlamətlər yaradır, bədən və zehni yorğunluğa və beləliklə işçi qüvvəsinin itməsinə səbəb ola bilər.
Kompüter istifadə edərkən nələrə diqqət yetirmək lazımdır.
Həkim qeyd edib ki, lazım olduğu halda eynək istifadə edilməlidir. Eynəklərdəki antireflektiv örtüklər, ultrabənövşəyi dalğa uzunluğunun təsirini azaltmaqla rahatlığı təmin edir.
Mütəxəssis qeyd edib ki, kompüter qarşısında dik və rahat oturma mövqeyi olmalıdır.
Ekranın parlaqlığı şəxsə ən uyğun olan parlaqlıq səviyyəsində olmalıdır. Ekranın yuxarı hissəsi şəxsin göz səviyyəsində olmalıdır.
Gözlə kompüter ekranı arasındakı məsafə 60 sm-dən yaxın olmamalıdır.
Hər 2 saatlıq işdən sonra ayağa qalxıb 10 dəqiqə gəzmək lazımdır.
Mümkün olduqda uzun məsafələrə baxaraq ahəngdar şəkildə işləyən göz içi əzələləri dincəlməlidir.