Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:01 "Bavariya"nın 38 yaşlı qapıçısı Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə aldı  |     11:54 "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi  |     11:52 Makron istefa verməkdən imtina etdi  |     11:49 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     11:46 Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır  |     11:11 Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı  |     22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |     22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |     21:40 Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb  |     21:36 Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO  |     21:30 Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq  |     21:24 Rüfət Səfərov saxlanıldı  |    

Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirildi

Yeni “2019-nCoV” koronavirus epidemiyasının diaqnostik alətlər dəsti Azərbaycana gətirilib.

Report xəbər verir ki, alətlər dəsti virusa yoluxan şəxslərin hospitalizasiyası üçün ayrılan xəstəxanalara paylanılacaq.

Alətlər dəstinin ölkəyə gətirilməsi işini Ümumdünya Səhiyyə Təşkilatı təşkil edib.

Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, virusa yoluxması ehtimal edilən şəxslər Elmi-tədqiqat Ağciyər xəstəlikləri institutu, 1 saylı Kliniki Tibbi Mərkəzə və 7 saylı Uşaq infeksion xəstəxanasında karantin altına alınacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 145 03.02.20 13:58