Milli Məclis ATƏT-in Minsk qrupuna zabitimizin şəhid olması ilə bağlı etirazını çatdırmalıdır.
Bunu bu gün Milli Məclisin (MM) plenar iclasında deputat Çingiz Qənizadə bildirib.
“Bu hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgədə səfərdə olduğu dövrdə baş verib”, - deputat qeyd edib.
Spiker Oqtay Əsədov isə artıq Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in Minsk qrupuna məsələ ilə bağlı mövqeyini çatdırdığını bildirib:
“Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar”.
//oxu.az