Orduya çağırış başladı - SƏRƏNCAM » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 Livanın Baş naziri Türkiyəyə səfər edəcək  |     22:57 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:50 Tusk: Polşanın Ukraynaya kömək etmək üçün çox imkanı qalmayıb  |     22:42 "Ölkədə 4-cü inqilab cəhdinin qarşısını aldıq"  |     22:32 Bakıda qadını başına daşla vurub öldürdülər  |     22:14 Azərbaycanda evlənmək istəyənlərin sayı azalıb  |     22:07 Tbilisidə etiraz aksiyaları davam edir  |     21:21 Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ  |     21:14 Kimlər pulsuz dərman ala biləcəklər -VERİLMƏ TARİXİ VƏ SİYAHI  |     21:05 Avropa # Avropa Polşa Ukraynaya 100 milyon avro həcmində yardım ayırmaq qərarına gəlib  |     20:30 Azərbaycanda təhsil bahalaşır: Səbəb və çıxış yolu nədir?  |     20:21 Zurabişvili sabah Avropa Parlamentində çıxış edəcək  |     20:13 İsveçdə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək  |     20:06 Xəzərdən gələn TƏHLÜKƏ: Bakıya XƏBƏRDARLIQ! Yanvar ayında...  |     20:00 Adelin bu mahnısı bütün dünyada qadağan edildi  |     19:52 Sumqayıtda yaşayış binasının zirzəmisində yanğın baş verib - VİDEO - YENİLƏNİB  |     19:52 Zelenski NATO-nu verdiyi vədi yerinə yetirməyə çağırıb  |     19:41 Salyanda 19 yaşlı qadın dəm qazından boğulub  |     19:12 Bakıda kişi özünü binanın damından atdı  |     18:51 Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək  |    

Orduya çağırış başladı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncamla 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 495 26.11.18 18:57