2018-ci il iyunun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, 1 iyun 2018-ci il tarixədək fonda 91.117.673,50 AZN, 213.577,88 ABŞ dolları, 11336,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.