Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu - FOTO

10.12.2024 21:57 1 719
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu - FOTO
Azərbaycan Ordusunun əsgəri həlak olub.

Hadisə odlu silahdan açılmış atəş nəticəsində baş verib.




Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tarıverdi Zaur oğlu Cəfərlinin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.

"Daxil olmuş məlumat əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. İstintaq üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər zəruri hərəkətlər yerinə yetirilib.

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilərək, müxtəlif ekspertizalar təyin edilib və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam edir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək, hər bir fakta və əmələ hüquqi qiymət veriləcək" , - deyə məlumatda qeyd edilib.
скачать dle 11.3
Mojo.az Banner