Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib

“Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi”.

Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “Vətən müharibəsində itkin düşmüş altı hərbçinin tapılması üçün hansı işlər görülür?” sualına cavab olaraq deyib.

O bildirib ki, hətta valideynlərin istəyi nəzərə alınaraq, onlar da axtarış-araşdırma işlərinə cəlb ediliblər. Lakin aparılan axtarışlar nəticə verməyib və həmin şəxslər itkin düşmüş şəxslər kimi Dövlət Komissiyasında qeydiyyata alınıblar:

“Qanunvericiliyin tələblərinə əsasən, onlara artıq şəhid statusu verilib. Buna baxmayaraq, bu məsələ heç vaxt gündəlikdən düşməyib, düşməyəcək də… Həm Vətən müharibəsi dövründə itkin düşən altı nəfərin, həm Vətən müharibəsindən sonra Laçın istiqamətində itkin düşmüş iki əsgərimizin taleyinin müəyyən olunması qarşımızda duran əsas vəzifələrdən biridir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            810 29.04.24 11:29