Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?  |     22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |    

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib - VİDEO

"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr "Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.

Təlimin sonuncu mərhələsində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzindəki kompüterlər vasitəsilə qiymətləndirilib. Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib yuxarı qərargaha məruzə etməsi, tabelikdə olanlara çatdırması, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə kompüterlər üzərində məşqlər keçirilib.

Təlimin yekununda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, təlimə cəlb olunan birləşmə və hissələrin komandir və qərargahlarının fəaliyyətləri Qarnizonun koordinasiya qrupu tərəfindən qiymətləndirilərək aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində verilmiş tapşırıqlar birləşmə və hissə komandirləri ilə dəqiqləşdirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 305 13.03.21 20:59