Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:15 "Sabah" "Sumqayıt"ı darmadağın edərək liderliyə yüksəldi | 21:01 Dənizin altında 9500 illik itmiş şəhər tapıldı - Tarixi dəyişə bilər | 20:42 15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub | 20:28 Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” | 20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu |
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyev Fondu və “Bravo” Xocavənddə olub - FOTO/VİDEO

25.12.2020 22:41 4 797
Heydər Əliyev Fondu və “Bravo” Xocavənddə olub - FOTO/VİDEO
Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımız üçün həyata keçirdikləri dəstək aksiyasını davam etdirirlər. Aksiya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşır.

AZƏRTAC xəbər verir ki, işğaldan azad olunan ərazilərdə Vətənin keşiyini çəkən hərbi qulluqçularımıza dəstək aksiyasının növbəti ünvanı Xocavənd olub.

Dekabrın 25-də səfər etdiyimiz bu ərazilərdə uzun illərdən sonra Azərbaycan əsgəri xidmət aparır. Qalib ordunun qəhrəman əsgərləri indi fəxrlə Vətənin keşiyində dayanıblar. Hərbçilərlə söhbət zamanı bir daha şahid olduq ki, Azərbaycan əsgəri şanlı tarix yazaraq işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini qələbə əhval-ruhiyyəsi ilə yerinə yetirir. Qoşunlarımızın təminatının yüksək səviyyədə olması ilk baxışdan hiss edilirdi. Əsgərlər də bunu təsdiqlədilər.

Həmsöhbət olduğumuz əsgər Hənifəyev 15 aydır Vətənin keşiyindədir. Deyir ki, bu torpaqlarda xidmət etməkdən qürur duyur: “Qalib ordunun qalib əsgəri kimi xidmət edirəm. 44 günlük döyüş yolu mənə sözlə ifadə edə bilməyəcəm bir duyğu bəxş edib”.

Əsgər Sadıqzadə də 15 aydır həqiqi hərbi xidmətdədir və daim torpaqlarımızı yağı düşməndən azad etmək eşqi ilə yaşayıb. Onun bu arzusu reallığa çevrilib. İndi o da digər qalib döyüşçülərimiz kimi fəxrlə xidmətini davam etdirir.

Digər əsgər Ağazadə isə Vətən müharibəsinə könüllü gəlib. Deyir ki, bu döyüşlərdə iştirak etdiyi üçün özünü xoşbəxt sanır. “Çünki 30 illik həsrətə son qoyan şanlı ordunun sıralarındayam. Döyüş zamanı da hər birimizin əhval-ruhiyəsi yüksək olub, bu gün də eyni qaydada xidmətimizi davam etdiririk”, - deyə Ağazadə söyləyir.

Müddətdən artıq xidmətçi Quliyev də xidmətini şərəflə davam etdirir: “Mən bir ildir xidmətdəyəm. Mülki həyatda da bu arzu ilə yaşayırdım ki, torpaqlarımızı tezliklə düşmənlərdən azad edək. Bu günü yaşadım, 44 gün döyüşlərdə iştirak etdim. Şanlı ordunun sırasında olmaq mənim üçün ən böyük şərəfdir”.

Leytenant Şahverdiyev isə söyləyir ki, əsgərdən zabitədək hər kəs yüksək əhval-ruhiyədədir. “Çünki bu döyüş Vətən müharibəsi idi. Vətən uğrunda da təkcə hərbçilər yox, xalqımız döyüşdü. Ordu-xalq birliyi sayəsində düşmənə qısa müddətdə sarsıdıcı zərbələr vurulurdu. Bu gün də şəxsi heyət yüksək əhval-ruhiyə ilə xidmətini davam etdirir”.

Görüş zamanı “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri gətirdikləri bağlamaları hərbi qulluqçularımıza çatdırdı, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə aldılar.

Beləliklə, hərbi qulluqçularımız üçün həyata keçirilən dəstək aksiyası daha bir ünvanda da reallaşdı.

Son xəbərlər