“Human Rights Watch”: Ermənistan Azərbaycana istifadəsi qadağan olunmuş silahlardan atəş açıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Ürək sağlamlığı üçün gündə nə qədər şokolad yemək lazımdır?  |     22:52 Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum oldu  |     22:44 Azərbaycanda məşhur otel adını dəyişdirir  |     22:38 Gəncə-Moskva aviareysi təxirə salınıb  |     22:31 "Formula 1": "Red Bull" Kristian Hornerlə yollarını ayırıb  |     22:25 Abşeronda axtarışda olan 35 nəfər saxlanılıb  |     22:20 XİN: Rusiyalıların Ermənistana girişinə qoyulan qadağanı qeyri-dost hərəkəti kimi qiymətləndiririk  |     22:11 "Kəpəz" müdafiəçisi ilə vidalaşıb  |     22:06 Azərbaycan auditorları haqsız rəqabətdən şikayət edir  |     22:00 Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb  |     21:54 "Çelsi" klublararası dünya çempionatında 110 milyon dollar qazanıb  |     21:45 Honq-Konqda tikinti işləri zamanı 19-cu əsrə aid artilleriya silahı aşkarlanıb  |     21:39 Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb  |     21:18 Azərbaycanda DƏHŞƏT: Oğul anasını yandıraraq öldürdü  |     21:12 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə 4 saat işıq olmayacaq  |     20:58 Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     20:51 1 dollar 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA  |     20:48 Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri deportasiya edilir  |     20:31 İstanbulda məşhur hotellər söküləcək  |     19:54 Tələbələrin köçürülməsi prosesinə start verildi  |    

“Human Rights Watch”: Ermənistan Azərbaycana istifadəsi qadağan olunmuş silahlardan atəş açıb

Ermənistan silahlı qüvvələri 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən döyüş əməliyyatları zamanı qanuna zidd olan raketlərlə hərbi və mülki hədəflər arasında ayrı-seçkilik etmədən Azərbaycana zərbələr endirib.

Bununla bağlı “Human Rights Watch”un hesabatında məlumat yer alıb.

Hesabatda qeyd edilib ki, aparılan araşdırma zamanı Ermənistan silahlı birləşmələrinin Azərbaycandakı mülki əhalinin yaşadığı ərazilərə ballistik raketlər, top mərmiləri və iriçaplı silahlardan 11 dəfə zərbə endirildiyi müəyyənləşib.

Sənəddə təşkilatın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərdəki şəhər, qəsəbə, kəndlərinə erməni hərbi qüvvələri tərəfindən edilən hücumların araşdırıldığı bildirilib.

Bildirilib ki, belə hücumlar zamanı mülki şəxslər öldürülüb və mülki obyektlər dağıdılıb.

Hesabatda qeyd edilib ki, oktyabrın 4-ü və 17-si arası Gəncəyə edilən hücumlar 32 mülki şəxsin ölümünə səbəb olub, bu hücumlarda idarə olunmayan “Smerch” artilleriya raketləri və “SCUD-B” ballistik raketlərindən istifadə olunub.

Sənəddə həmçinin, Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına istinad edilib. Bildirilib ki, silahlı münaqişə vaxtı 98 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb, 3000-dən çox ev və 100 yaşayış binası dağıdılıb və ya ciddi zərər görüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 511 11.12.20 17:02