“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər üç şəxs üçün Prezidentin aylıq təqaüdü təyin edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:18 Şabranda yeniyetmə dördüncü mərtəbədən yıxıldı  |     17:13 Zaxarova: "Delimitasiya üzrə işlərin praktiki mərhələsi regional sabitlik üçün vacibdir"  |     16:53 Rusiya XİN: "Qərb qüvvələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışırlar"  |     16:41 Polineziya nümayəndə heyətinin rəhbəri: "Azərbaycanın dəstəyinə ehtiyacımız var"  |     16:30 Valideynlərin nəzərinə! - FOTO  |     16:24 Hava xəbərdarlığı: Mayın 31-i...  |     16:08 Azərbaycan Ordusunda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO  |     16:05 Fərid Mehralızadə saxlanılıb? - DİN-dən açıqlama  |     15:44 "X" üçün yeni qərar: Bu paylaşımlara müdaxilə ediləcək  |     15:31 Türkiyə nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     15:13 Ceyhun Bayramov Pakistan Senatının sədri ilə COP29-a hazırlığı müzakirə edib  |     14:53 İrəvandan Geğarkunikdəki mövqelərin Azərbaycana təhvil verilməsi ilə bağlı məlumata REAKSİYA  |     14:38 "Meta"dan İsraillə bağlı qərar: Yüzlərlə hesab bağlandı  |     14:21 Bu ərazilər də Azərbaycana təhvil verilir  |     13:57 Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?  |     13:56 Artezian quyularının naqillərini oğurlayan şəxslər saxlanıldılar - VİDEO  |     13:22 Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxundu  |     12:56 Milli Xalça Muzeyinə direktor təyin olundu - FOTO  |     12:45 Azərbaycanda müəllim vəfat etdi - FOTO  |     12:33 XİN başçısı: "Ermənistanla delimitasiya razılaşması normallaşma prosesinə müsbət təsir göstərib"  |    

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər üç şəxs üçün Prezidentin aylıq təqaüdü təyin edildi

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və ehtiyatda olan baş çavuş İbad Hüseynov üçün Prezidentin aylıq təqaüdü təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, digər sosial təminat növləri kimi, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur.

Bunun üçün vətəndaşın və ya ailə üzvlərinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır.

Aylıq təqaüd (1500 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            660 10.12.20 12:42