Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Mübariz postu”na bayrağımızı sancan baş leytenantın xanımı: “Onun qisası alındı” - FOTO/VİDEO

20.11.2020 21:42 4 530
“Mübariz postu”na bayrağımızı sancan baş leytenantın xanımı: “Onun qisası alındı” - FOTO/VİDEO
Erməni silahlı qüvvələri sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı təxribatlar törədiblər. Həmin təxribatlara cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatları həyata keçirib. Əks hücum nəticəsində 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın qələbəsi ilə sona çatdı.

Bu 44 gün ərzində Azərbaycan ordusunda xidmət edən bütün əsgərlər böyük şücaət göstərərək, Vətənin müdafiəsinə qalxdılar. Azərbaycanın Vətən müharibəsində öz canından keçən qəhrəmanlarımız qanı ilə tarix yazdılar.

Vətəni üçün canından keçənlərdən biri də baş leytenant Əhmədli Şahid oldu. Şəhidlik zirvəsinə ucalan Əhmədli Şahid Gülməmməd oğlu 1992-ci ildə Saatlı rayonunun Qaracalar kəndində dünyaya gəlib.

Qəhrəmancasına şəhid olan Şahid Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan posta Azərbaycan bayrağı sancan igid olub.

Bu barədə Oxu.Az-a onun həyat yoldaşı Dilşad Əhmədli məlumat verib.


O bildirib ki, həyat yoldaşı vətən uğrunda canından keçən Azərbaycan oğullarından biridir və onun xatirəsinin daim yaşaması istəyir:

“Həyat yoldaşım bundan əvvəl 2016-cı il Aprel döyüşlərində də iştirak edib. Öz cəsarəti və mərdliyi ilə seçilib. Buna görə mükafatlandırılıb. O qədər vətənpərvər insan idi ki, torpaqlarımızın azad olunması üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirdi. İkinci Qarabağ Müharibəsi başlayan ilk gündən həyat yoldaşım ön cəbhəyə yollanıb. Sentyabrın 26-sı bizimlə vidalaşıb döyüşlərə qatıldı və Tərtərin Talış kəndində gedən döüyşlər zamanı snayper gülləsinə tuş gələrək şəhid oldu.

Şahid haqqında danışmaq mənim üçün çox çətindir. Onun eləcə də digər şəhidlərimizin qisası alındı. Torpaqlarımız azad olundu. İstəmirəm ki, nə Şahid, nə də onun kimi qanı, canı ilə tarix yazan igidlər unudulsun. Hər birimiz onları tanımalı, xatirələrini əziz tutmalıyıq. Bu bizim mənəvi borcumuzdur”.


“Onu da demək istəyirəm ki, Ş.Əhmədli Suqovuşanın alınması əməliyyatında, eləcə də Murov dağı silsiləsindəki Murov zirvəsinin azad edilməsi istiqamətində gedən döyüşlərdə də iştirak edib. Göstərdiyi qəhrəmanlığa görə, Murov dağ silsiləsindəki zirvələrdən birinə həyat yoldaşımın adı veriləcək - Şahid zirvəsi. Xoşbəxtəm ki, onun xanımı, övladlarını anasıyam. Onun yoxluğu nə qədər ağır gəlsə də, şəhidlik zirvəsinə ucalması ilə fəxr edirəm”, deyə D.Əhmədli bildirib.


Xatırladaq ki, 28 yaşlı baş leytenant Şahid Əhmədlinin iki qız övladı var.


Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Son xəbərlər