Ermənistan silahlıları Tərtər rayonunu ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Baku TV xəbər verir ki, Tərtər rayon kənd sakinlərinin sözlərinə görə, sentyabrın 27-dən bu günə qədər demək olar ki, hər gün əraziyə mərmi düşür.
Mərmilər mal-qaranın tələf olmasına, evlərin və məktəblərin dağılmasına və xeyli insan itkilərinə səbəb olub.