Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

"Ermənistan müharibənin müddətini muzdlularla, terrorçularla uzatmaq istəyir"

03.11.2020 19:28 1 986
"Ermənistan müharibənin müddətini uzatmağa çalışır, məğlubiyyətlə razılaşmaq istəmir".

Bunu Milli.Az-a açıqlamasında geosiyasət və konfliktologiya üzrə ekspert Ramiz Sevdimalıyev deyib.

Ekspert qeyd edib ki, Ermənistan partizan-terrorçu müharibəsinə keçmək istəyir:

"Ermənistan ənənəvi olaraq həmişə muzdluların, terrorçuların xidmətindən istifadə edib, yararlanıb və bu gün də o yolla gedir. Ona görə, Amerikadan, Fransadan, Argentinadan, Livandan, Suriyadan, Kanadadan və s. dünyanın müxtəlif yerindən tək erməni əsilli yox, həmin ölkələrin radikal partiyalarının irqçi çağırışları əsasında Qarabağda döyüşlər üçün müəyyən miqdarda pul müqabilində döyüşçülər cəlb edilir. Ermənistan müharibənin müddətini hansısa formada könüllülərlə, ya muzdlularla, ya terrorçularla uzatmaq istəyir. Onlar çalışırlar ki partizan-terrorçu müharibəsinə keçsinlər. Amma məsələ burasındadır ki, partizan-terrorçu müharibəsi aparmaq üçün gərək yerli xalqdan da ona dəstək olsun. Amma Dağlıq Qrabağda heç bir dəstək olmayacaq. Ona görə, hər hansı bir partizan müharibəsindən söhbət gedə bilməz. Çünki yerli əhali dəstək verməyəcək və onların niyyəti alınmayacaq. O ki qaldı terror müharibəsi, ermənilər dünyanın hər bir yerindən yığışıb gəlirlər. Güya ki, onlar "erməniçilik təhlükədədir" adı altında güya Dağlıq Qarabağda erməniçiliyi xilas etmək istəyirlər. Mənə elə gəlir ki, bunun heç bir perspektivi yoxdur. Çünki bu gün uzunmüddətli partizan-terror müharibəsi aparmaq üçün texniki imkanları onlara imkan vermir".

R. Sevdimalıyev onu da qeyd edib ki, Ermənistan höküməti bu faciədən üzüağ çıxmaqla öz cəmiyyətini, öz dövlətini xilas etmək əvəzinə müharibə yolunu seçib:

"Azərbaycan Ordusu çox müasir silahlarla, uçuş aparatları ilə silahlanıbdır və onların hamısını nöqtəbənöqtə harada gizlənməyindən asılı olmayaraq tapıb məhv etmək mümkün olacaqdır. Sadəcə olaraq Ermənistan bu gün bu yolu seçməklə bir daha göstərir ki, regiona ən böyük təhdiddir, ən böyük təhlükə mənbəyidir. Çox maraqlıdır ki, Ermənistan özü başa düşür ki, erməni cəmiyyəti bu gün faciə yaşayır. Ermənistan höküməti bu faciədən üzüağ çıxmaqla öz cəmiyyətini, öz dövlətini xilas etmək əvəzinə daha da vəziyyət gərginləşdirmək, daha da ağır təxribatlar, riyakarlıq, müharibə yolunu seçib. Təəssüf olsun ki, bu gün biz Ermənistan cəmiyyətində bir dənə də olsun siyasi partiya və ya onun liderlərini görmürük ki, onlar elan etsinlər ki, dayanmaq, Azərbaycanla sülhə getmək lazımdır. Ermənistanda bunu bu şəkildə dilə gətirən heç bir siyasi qüvvə yoxdur, əksinə bütün siyasi qüvvələr, könüllülər, idmançılar bu prosesdə iştirak edirlər, xarici dövlətlərdən silah daşımaqla məşğuldurlar. Hətta Ermənistan parlamentində könüllülər dəstəsinə legitimlik, hüquqi don geydirmək üçün qanun layihəsi qəbul etdilər. Güya ki, könüllülər dəstəsi Ermənistanın silahlı qüvvələrini tərkib hissəsində Azərbaycana qarşı Dağlıq Qarabağda vuruşacaqlar. Yəni ki, Ermənistan üçün vəziyyət gərgin, ağır olaraq qalır, getdikcə bu kəskin vəziyyət dərinləşir. Amma əfsuslar olsun ki, Ermənistanın siyasi elitası, Ermənistan cəmiyyəti bundan düzgün nəticə çıxarmaq istəmir, ya da nəticə çıxaracaq qabiliyyətdə deyillər".скачать dle 11.3
Mojo.az Banner