Azərbaycanın bir həftə əvvəl məhv etdiyi polkovnikləri ermənilər indi açıqlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:44 "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq  |     21:19 Yol polisindən sürücülərə müraciət  |     21:03 Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb  |     20:24 Bakıda pullu qulaqsındırma xidməti: Gənclər niyə özünü şikəst edirlər? - QİYMƏTLƏR (FOTO)  |     19:52 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     19:47 21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü  |     19:32 Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  |     19:31 Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb  |     19:19 "Milan" futbolçusu üçün 50 milyon avro tələb edir  |     18:56 Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsi ələ keçirib  |     17:09 Pensiya pulunu birdəfəlik almaq mümkün olacaq - 2026-dan  |     16:41 Bakıda bank kartından 6000 manat oğurlayan şəxs saxlanıldı  |     16:37 SOCAR-a yeni səlahiyyət verildi - SƏRƏNCAM  |     16:20 Dövlət Sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı  |     15:46 Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq  |     15:37 Suriyada yoxa çıxan hüquq müdafiəçisinin işgəncə ilə öldürüldüyü məlum olub  |     15:30 "İnteraz" TV rəhbərinin məhkəməsi: "İki milyon manatdan söhbət gedir, hamısı çantadan ola bilməzdi"  |     15:29 Tanışının şirkətinə qarşı 40 minlik dələduzluq edən şəxsə HÖKM OXUNDU  |     15:26 Ağadadaş Ağayev mülki iddia qaldırdı: 450 min manat istəyir  |     15:06 Azərbaycan ilk - Bu şəxslər öləndən sonra orqanları çıxarılacaq  |    

Azərbaycanın bir həftə əvvəl məhv etdiyi polkovnikləri ermənilər indi açıqlayır

Ermənistan tərəfi daha iki rütbəli şəxsinin məhv edildiyini açıqlayıb.

11 nəfərdən ibarət siyahıya separatçı rejimin “müdafiə nazirinin müavini” və “Müdafiə ordusu Komandanı”nın müavini, polkovnik Artur Sarkisyan “başçılıq edir”. Onun Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bildirilib.

Qeyd edək ki, 45 yaşlı polkovnik Artur Sarkisyan iyulun 4-də qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə nazirinin müavini və Müdafiə Ordusu Komandanının müavini təyin edilmişdi.

Həmçinin, açıqlanan 11 nəfərlik siyahıda Sergey Şakaryanın da adı var. Şakaryan Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargah rəisidir. 46 yaşlı polkovnikə oktyabrın 4-də qondarma respublikanın prezidenti Araik Arutyunyanın fərmanı ilə “Artsax Qəhrəmanı” adı verilmişdi.

Bundan əvvəl Ermənistan mətbuatı oktyabrın 27-si səhər saatlarında qondarma respublikanın keçmiş komandanı, general-leytenant Cəlal Harutyunyanın yaralandığını açıqlamışdı. Bu üzdən o, vəzifəsindən uzaqlaşdırılıb və onu Mikael Arzumanyan əvəzləyib.

Onu da bildirək ki, ermənilər rəsmi olaraq itkilərinin sayını 1177 hərbçi göstərsə də, düşmənin itkilərinin sayı 10 minlərlədir. Artıq Ermənistan tərəfi dəfələrlə itkilərini gizlətməyə çalışdığını sübuta yetirib. Məsələn, Sergey Şakaryanın məhv edilməsi xəbərini Azərbaycan Müdafiə Nazirliyi hələ oktyabrın 27-si səhər saatlarında - yəni bir həftə əvvəl bəyan etmişdi.

Artur Sarkisyanın isə hərbçilərimiz tərəfindən öldürülməsi xəbərini Müdafiə Nazirliyi oktyabrın 29-da, yəni beş gün əvvəl bildirmişdi. Həmçinin həmin məlumatda nazirlik bəyan etmişdi ki, 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Qazaryan məhv edilib, artilleriya idarəsinin polkovnik-leytenantı B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb, 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            711 02.11.20 19:45