İnsanlıq əleyhinə yönəlmiş silahlar: Düşmənin daha bir mənfur planı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

İnsanlıq əleyhinə yönəlmiş silahlar: Düşmənin daha bir mənfur planı - VİDEO

Müdafiə Nazirliyinə İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

Hərbi ekspertlərin sözlərinə görə, fosfor tərkibli silahlar keçən əsrin 50-ci illərinə qədər istehsal olunub. Lakin sonradan hərbi qlobal güclər bu silahların insanlığa, bəşəriyyətə ziyanını nəzərə alaraq, qadağan edən konvensiyalar qəbul ediblər.

Hərbi ekspert Ədalət Verdiyev Baku TV-yə bildirib ki, bu konvensiya 1983-cü ildə Cenevrədə qəbul olunub. Həmin konvensiyada adını sadaladığım bir çox silahlar, o cümlədən, kimyəvi, bioloji və başqa silahların qadağan olunması öz əksini tapıb.

“Yəni onların hərbi istifadəsi qadağan olunduğu halda, yatmış körpələrə qarşı düşmən bu silahlardan istifadə edir. Bu sursatlar yandırıcı silah sistemlərinə aiddir. Onlar atıldıqdan sonra uzun müddət ətrafda ağ tüstü qalır. Ağ fosforun təhlükəliliyi ondan ibarətdir ki, onun alışması üçün sadəcə oksigenlə təmasa girməsi yetərlidir.

Alışdıqdan sonra isə 1300 dərəcə tempratur əmələ gətirir. Silahın öldürücülüyündən başqa, insanın bədənində dərin deşiklər açır və soyuyana qədər yandırır. Digər tərəfdən, maddənin alışmasından əmələ gələn tüstü insanda ürək çatışmazlığı və boğulmaya səbəb olur”.

Fosfor tərkibli döyüş sursatının Xocavənd istiqamətinə gətirilməsində məqsəd ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Düşmənin digər məqsədi isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            885 02.11.20 16:08