Böyük Britaniya hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinə Qarabağ münaqişəsində zərər çəkənlərə yardım üçün bir milyon funt sterlinq vəsait ayırıb.
Bununla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında paylaşıb.
“Bu, hazırda münaqişədən zərərçəkən minlərlə insanı qida, dərman və tibbi yardımla təmin edəcək. Zərər çəkənlərin ailələrinə bir daha səbr diləyirəm”, - deyə o qeyd edib.