Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər... - Oğlu danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |     13:14 Sabunçuda binanın zirzəmisinə çirkab suları dolur: Sakinlər şikayətçidirlər - VİDEO  |     13:07 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?  |     13:01 Mask Britaniyanı "polis dövləti" adlandırdı  |     12:59 Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ  |     12:54 Düşmənin gizli postundan YENİ GÖRÜNTÜLƏR - VİDEO  |    

Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər... - Oğlu danışdı

Azərbaycan ordusunun Şuşanın həndəvərinə gedib çıxması və hətta bəzi iddialara görə şəhərin yaxın ətrafında möhkəmlənməsi Şuşa türməsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi barədə çoxsaylı suallar yaradıb. Görəsən onları Yerevana aparıblarmı, yoxsa hələ də Şuşada saxlanılırlar? Beynəxlaq Qırmızı Xaç Komitəsinin onlardan xəbəri varmı? Sentyabrın 27-dən sonra onlara baş çəkiblərmi?

Median.Az xəbər verir ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, bir həftə öncə onu Beynəxlaq Qırmızı Xaç Komitəsinin yerli ofisindən çağırıblar:

"Təxminən bir həftə öncə çağırmışdılar, məktub da yazdım orada. Bildirdilər ki, tezliklə Xankəndi ofisimizin əməkdaşları atanıza baş çəkəcəklər. Fürsətdən istifadə edib soruşdum ki, atamın saxlanma yeri dəyişdirilməyib ki? Cavab verdilər ki, hələ də Şuşada saxlanılırlar. Bu gün yenə komitə ilə əlaqə saxlayaraq təkrar atamgilin köçürülüb köçürülmədiyi ilə maraqlandım. Bildirdilər ki, hələ də Şuşada saxlanılır, amma təhlükəsizlik baxımından türmədən çıxarılıb yeraltı sığınacaqlarda saxlayırlar. Bildirdilər ki, hərbi əməliyyatlara görə hələlik Xankəndi ofisinin əməkdaşları atanızla görüşə bilmirlər, amma ona ərzaq bağlaması çatdırılıb. Onların sözlərinin nə dərəcədə həqiqəti əks etdirib etdirmədiyini bilmirəm, hər halda aldığım cavab budur". (moderator.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            855 30.10.20 23:49