Sağ radikal “Zouaves Paris” qruplaşmasının lideri Mark de Kakkere-Valmenir “Instagram”dakı səhifəsində bildirib ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.
"Report" xəbər verir ki, bu barədə "Liberasen" bildirib.
Mark de Kakkere "Kalaşnikov" avtomatı lə hərbi formada şəklini də paylaşıb. Fotoda "İstiqamət: cəbhə yazılıb". O həmçinin ermənilərlə əməkdaşlıqla "xarici könüllülər briqadası"nı yaratmaq arzusu haqqında bildirib.
O, özünü birbaşa faşist adlandırır. Amma Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qrupıaşmasına “Zouaves Paris” adıını verib. Mark de Kakkere həmçinin deyib ki, bu kiçik qruplaşma küçələri qorxuda saxlamaq üçündür.