Azərbaycanda koronavirusa (COVID-19) 1022yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, on nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 10460 nəfərdir.
Ölkədə son sutka ərzində 10179, hazırkı dövrədək isə 1341466 test aparılıb.
Ümumi ölənlərin sayı 718 nəfərdir.
Ümumi yoluxanların sayı 54174 nəfər, ümumi sağalanların sayı 42996 nəfərdir.