Bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy və Tərtər rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.
Baku TV xəbər verir ki, düşmənin Tərtər rayonunun Kəbirli kəndinə raket atması nəticəsində 16 yaşlı Orxan İsmayılzadə həlak olub. Yeniyetmənin həmin saatda bağda xurma yığdığı bildirilir.
Bundan başqa, bu gün saat 9 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Qafqaz Yaqubov və Bəylər Şirinova məxsus fərdi yaşayış evlərinə də külli miqdarda ziyan dəyib.