Gəncəyə raket atılması ilə bağlı cinayət işi başlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |     20:20 Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsi davam etdirilir  |     20:11 Naxçıvanda 10 ayda vergi orqanlarına 1 500-ə yaxın müraciət daxil olub  |     20:06 BMT: Dünyada hər 10 dəqiqədə bir qadın öldürülür  |     19:57 Ronaldu 200 fərqli komandaya qol vuran ilk futbolçu olub  |     19:49 Kəlbəcər Şəhər Gününə həsr olunmuş kütləvi qaçış keçirilib  |     19:43 Bu il Gürcüstanda prezident seçkiləri keçiriləcək  |     19:38 Almaniyalı futbolçu Azərbaycan klubunda 40-cı qolunu vurub  |     19:27 Vilnüsdə yük təyyarəsi yaşayış evinin üzərinə düşüb, pilot ölüb  |     19:21 Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:15 Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb  |     19:06 Rusiya səfiri: Bakı və İrəvan arasında sülh sazişi onların bütün narahatlıqlarını aradan qaldırmalıdır  |     19:02 Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi  |     18:52 Azərbaycanda həkim vəfat etdi  |     18:23 İki ildən artıq məhkəməsi davam edən türkiyəli iş adamına ağır cəza istənildi  |    

Gəncəyə raket atılması ilə bağlı cinayət işi başlanıldı

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bu gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən həlak olan və zərərçəkmiş şəxslərin, həmçinin mülki infrastruktur obyektlərinin, nəqliyyat vasitələrinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 674 17.10.20 14:18