Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu 200 fərqli komandaya qol vuran ilk oyunçu olub.
Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən 39 yaşlı hücumçu buna "Əl-Qadisiya"ya uduzduqları (1:2) çempionatın XI turunun matçında fərqlənməklə nail olub.
Təcrübəli forvard 152 kluba, 48 milliyə qol vurmağı bacarıb. O, ümumilikdə 270 (198 klub, 72 yığma) komandaya qarşı oynayıb .
Qeyd edək ki, Ronaldunun ən çox qol vurduğu klub İspaniya təmsilçisi "Sevilya"dır (27 qol). O, Lüksemburq millisinin qapısından isə 11 top keçirib.
//report