Fransanın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |     20:20 Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsi davam etdirilir  |     20:11 Naxçıvanda 10 ayda vergi orqanlarına 1 500-ə yaxın müraciət daxil olub  |     20:06 BMT: Dünyada hər 10 dəqiqədə bir qadın öldürülür  |     19:57 Ronaldu 200 fərqli komandaya qol vuran ilk futbolçu olub  |     19:49 Kəlbəcər Şəhər Gününə həsr olunmuş kütləvi qaçış keçirilib  |     19:43 Bu il Gürcüstanda prezident seçkiləri keçiriləcək  |     19:38 Almaniyalı futbolçu Azərbaycan klubunda 40-cı qolunu vurub  |     19:27 Vilnüsdə yük təyyarəsi yaşayış evinin üzərinə düşüb, pilot ölüb  |     19:21 Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:15 Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb  |     19:06 Rusiya səfiri: Bakı və İrəvan arasında sülh sazişi onların bütün narahatlıqlarını aradan qaldırmalıdır  |     19:02 Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi  |     18:52 Azərbaycanda həkim vəfat etdi  |    

Fransanın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib - VİDEO

Bu gün Fransanın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

APA-nın xəbərinə görə, aksiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bitərəfliyini itirən Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması tələbi səsləndirilib.

Bildirilib ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılan ATƏT-in Minsk Qrupu 28 ildir heç bir həll yolu tapmayıb, həmsədr ölkə olan Fransa BMT qətnamələrini pozaraq qeyri-konstruktiv münasibət nümayiş etdirir.

Aksiyada Fransa Senatının 1915-ci il hadisələri ilə əlaqədar erməni iddialarını “soyqırımı” kimi tanıması xatırladılıb, Fransa rəsmilərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı daim qərəzli açıqlamalarla çıxış etdiyi vurğulanıb.

Həmçinin qeyd olunub ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar masasında olmalıdır.

Aksiyada “Fransa, ATƏT-in Minsk Qrupunu tərk et!”, “Xocalıya ədalət”, “Qarabağ Azərbaycandır!” və s. kimi şüarlar səsləndirilib.

Tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin təşkilatçılığı ilə baş tutub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            852 16.10.20 21:43