Ekspert: “Azərbaycanın hazırkı vəziyyətdə hər hansı təslimçi atəşkəsə getməsi qeyri-mümkündür” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |     20:20 Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsi davam etdirilir  |     20:11 Naxçıvanda 10 ayda vergi orqanlarına 1 500-ə yaxın müraciət daxil olub  |     20:06 BMT: Dünyada hər 10 dəqiqədə bir qadın öldürülür  |     19:57 Ronaldu 200 fərqli komandaya qol vuran ilk futbolçu olub  |     19:49 Kəlbəcər Şəhər Gününə həsr olunmuş kütləvi qaçış keçirilib  |     19:43 Bu il Gürcüstanda prezident seçkiləri keçiriləcək  |     19:38 Almaniyalı futbolçu Azərbaycan klubunda 40-cı qolunu vurub  |     19:27 Vilnüsdə yük təyyarəsi yaşayış evinin üzərinə düşüb, pilot ölüb  |     19:21 Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:15 Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb  |     19:06 Rusiya səfiri: Bakı və İrəvan arasında sülh sazişi onların bütün narahatlıqlarını aradan qaldırmalıdır  |    

Ekspert: “Azərbaycanın hazırkı vəziyyətdə hər hansı təslimçi atəşkəsə getməsi qeyri-mümkündür”

“Bütün döyüşlərdə olduğu kimi, bu dəfə də cəsədlərin döyüş meydanından götürülməsi üçün humanitar atəşkəs prosesi tətbiq edilir. Bu bütün döyüşlər üçün xarakter haldır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında BDU-nun beynəlxalq hüquq və geosiyasət üzrə professoru Əfsər Sadıqov deyib.

O bildirib ki, Azərbaycan hər zaman Beynəlxalq Humanitar Hüququn normalarına sadiq davrandığını bildirib:

“Mövcud proseslər məhz beynəlxalq humanitar hüququn normaları çərçivəsində həyata keçirilir. Bu müvəqqəti bir prosesdir. Təbii ki, bu qısamüddətli atəşkəsdir. İnsanlar bunu yanlış anlamasın. Bəlkə də onları çaşdıran humanitar atəşkəslə bağlı mətndə atəşkəsin hansı müddət ərzində davam edəcəyinin qeyd olunmamasıdır. Şübhəsiz ki, bu da Ermənistan tərəfinin marağında olan məqamdır. Ona görə də hesab edirəm ki, Azərbaycanın hazırkı vəziyyətdə hər hansı təslimçi atəşkəsə getməsi qeyri-mümkündür.

Bunu ölkə başçısı İlham Əliyev ötən gün öz çıxışında da çox açıq şəkildə ifadə etdi. Moskvada tərəflər arasında danışıqlar gedə-gedə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışı təsadüfü deyildi. Ölkə başçısı bu mövzuda Azərbaycanın qəti fikrini ifadə etdi. O bildirdi ki, Azərbaycan öz ərazisinin bir qarış torpağını belə Ermənistanın tapdağı altında qoymayacaq, sonuna qədər davam edəcək. Bu fikir kifayət qədər açıqdır, ikimənalı heç bir məqam yoxdur. Digər tərəfdən isə istənilən atəşkəs üçün Ali Baş Komandanın iradəsi əsasdır. Danışıqlar prosesində də xarici işlər nazirinin hər hansı anlaşması, razılaşması da ölkə başçısının siyasi iradəsindən üstün ola bilməz”.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanı ancaq hərbi yol tutaraq humanitar yardıma riayət etməməkdə ittiham etməsin deyə, ölkəmiz danışıqlar prosesində iştirak etməyə razılıq verib.

“Baxmayaraq ki, biz öz torpaqlarımızda döyüşürük, döyüş zamanı əldə edilən hərbi qənimətlər işğal hüququna görə, bizim mülkiyyətimiz sayılır. Bu onu göstərir ki, Azərbaycan hərbi-siyasi üstünlüyə malikdir. Son dövrdə iki dövlət arasında müşahidə edilən müharibələrdə Ermənistan silahlı qüvvələrinin bu səviyyədə darmadağın edilməsi faktı qeydə alınmayıb. Bu da təbii ki, Azərbaycan Respublikasının hərbi-siyasi gücünü göstərir. Bunun ardınca Ermənistanda yuxarı hərbi elitada baş verən dəyişikliklər- Ermənistanın milli təhlükəsizlik idarəsinin rəisinin dəyişdirilməsi, hərbi ordu komandanlığının işdən azad olunması da bunu sübut edir. Eyni zamanda Azərbaycan ordusunun döyüş meydanında ermənilər tərəfdə vuruşan yüksək rütbəli zabitlərin və subayların öldürülməsi, şübhəsiz ki Ermənistan cəmiyyətində mənəviyyatsızlaşma yaradır”, - deyə Əfsər Sadıqov sonda qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            795 10.10.20 17:09