Hərbi qulluqçular barədə sənəd Milli Məclisdə müzakirəyə çıxarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:31 Baş nazirdən kiçik elektromobillərlə bağlı QƏRAR  |     13:30 Keçmiş bələdiyyə sədrini baltalayaraq qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət etdi  |     13:22 Bakıda aptekə basqın edən şəxs saxlanıldı  |     13:05 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     12:53 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döyüb  |     12:49 Azərbaycanda rektorun qızını aldadıb qızıllarını aldılar - FOTO  |     12:44 Pasiyentini ömürlük şikəst edən həkim yenidən məhkəməyə müraciət etdi  |     12:43 Sumqayıtda yol-nəqliyyat hadisəsi olub: Ölən var  |     12:36 "Microsoft"a qarşı 1 milyard dollardan çox antiinhisar iddiası qaldırılıb  |     12:35 Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb  |     12:26 Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO  |     12:12 "Apple" şirkəti "iPhone" vasitəsilə öz işçilərini izləyir - İDDİA  |     12:01 "Bavariya"nın 38 yaşlı qapıçısı Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə aldı  |     11:54 "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi  |     11:52 Makron istefa verməkdən imtina etdi  |     11:49 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     11:46 Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır  |     11:11 Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı  |     22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |    

Hərbi qulluqçular barədə sənəd Milli Məclisdə müzakirəyə çıxarıldı

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov iclasın gündəliyindəki “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirəyə təqdim olunduğunu bildirib.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilməlidirş. Eyni məzmunlu düzəlişlər bu qanunun 7-ci maddəsində və “Əmək pensiyaları haqqında” qanunun 21.2.3-cü maddəsində də nəzərdə tutulub.

Bununla yanaşı, “hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilir.

Layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb.

Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub.

Təklif edilən dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Payız sessiyasında həmçinin “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması nəzərdə tutulub.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 918 11.09.19 16:50