Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Fransalı deputat: "Fransada Azərbaycan əleyhinə yayılan yalan informasiyaların arxasında ermənilər dayanır" - MÜSAHİBƏ

19.01.2018 13:10 5 498
Fransalı deputat:
"Fransa ilə Azərbaycanın əməkdaşlıq edə biləcəyi sahələr, birgə reallaşdıracağı layihələr saysız-hesabsızdır və mən bununla bağlı təkliflər hazırlamışam"

Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü Jülyen Borovszikin “Report”un Qərbi Avropa bürosuna müsahibəsi.

- Azərbaycan və Fransa arasındakı əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Biz daha böyük nailiyyətlər əldə edə bilərik və elə buna da çalışırıq. Mən deputat seçilən kimi, ilk növbədə, Fransa-Azərbaycan Dostluq Qrupuna üzv olmuşam və təkliflər planı da hazırlamışam. Bunun üçün işçilərimdən birini Azərbaycana göndərmişdim. Mənim deputat seçildiyim bölgənin əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Biz bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə qərar vermişik. Məsələn, bizim bölgədə at saxlamaq ənənəsi mövcuddur. At azərbaycanlılar üçün də böyük əhəmiyyət kəsb edir və milli ənənənin ayrılmaz hissəsi sayılır. Bizim bölgənin atları ilə Azərbaycan atlarının fərqləri böyükdür. Bu baxımdan, onların mübadiləsini təşkil etmək olar. Hər halda məqsəd Azərbaycan ənənələrini Fransada tanıtdırmaq, əlaqələrimizi durmadan genişləndirməkdir.

- Sizcə, Fransada Azərbaycanla bağlı həqiqətlərin insanlara düzgün çatdırılmasına mane olan səbəblər hansılardır?

- Azərbaycanı Fransada kifayət qədər tanımırlar desəm yanlışlıq olar. Çünki Azərbaycan yenidən müstəqilliyini əldə etdiyi dövrdən etibarən bu sahədə çox uğurlu addımlar atıb. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanın geosiyasi və geostrateji mövqeyi Fransada çox az tanınır. Bu gün Fransa əhalisinə Azərbaycanın çətin geosiyasi mövqeyi, bu çətinliyin əsas səbəbkarı olan hansı dövlətlərin əhatəsində yerləşdiyi barədə ətraflı məlumat verməliyik. Biz insanları Azərbaycanın qonşuluğundakı problemlər, regionda tutduğu mövqeyi barədə mütəmadi olaraq məlumatlandırmalıyıq.

Digər çətinlik Azərbaycanla bağlı mənfi məlumatların yayılması və əksər hallarda erməni lobbisi tərəfindən verilən yalan informasiyaların Azərbaycan haqqında yanlış fikirlərin və mənfi imicin yaranmasına səbəb olmasıdır.

Bu məsələdə daha bir məqama toxunmaq istərdim. Paris və ona yaxın ərazilərdə Azərbaycanı kifayət qədər tanıyırlar, bu, müsbət haldır. Lakin məhz Paris və ətraf şəhərlərdə erməni lobbisi daha çox yalan məlumatlar yaya bilir. Fransanın müxtəlif bölgələrinə gəldikdə isə vəziyyət tamamilə başqadır. Azərbaycan mənim ölkəmin ucqar rayonlarında az tanınır. Lakin bunun müsbət tərəfi həmin ərazilərdə erməni lobbisinin fəaliyyətinin zəif, yaxud heç olmamasıdır. Bunun sayəsində ermənilərin Azərbaycan əleyhinə ənənəvi informasiyaları yayıla bilmir. Beləliklə, bu bölgələrdə biz daha sağlam əlaqələr qura bilərik.

- Bəs Fransada erməni lobbisinin yaydığı mənfi məlumatlara necə son qoya bilərik?

- Hesab edirəm ki, erməni lobbisinə qarşı çıxmaq çox qəliz məsələlərdəndir. Ona görə də onlarla üz-üzə gəlməməyin lehinəyəm. Əksinə, Azərbaycan ilə Fransa arasında əməkdaşlığı möhkəmləndirməli, bu ikitərəfli əlaqələr çərçivəsində həyata keçirilən konkret tədbirləri intensivləşdirməliyik. Belə olduğu halda, əhali konkret işlərin şahidi olacaqlar. Sizcə, konkret əməlləri görən insanlar yalan, əsassız, başqalarının hissiyatına toxunun yazılara inanarlar? Fransa ilə Azərbaycanın əməkdaşlıq edə biləcəyi sahələr, birgə reallaşdıra biləcəyi layihələr saysız-hesabsızdır./report

Son xəbərlər