Kartofu qızardarkən xərçəng törədən maddə yaranır - Düzgün bişirilmə qaydası » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |    

Kartofu qızardarkən xərçəng törədən maddə yaranır - Düzgün bişirilmə qaydası

Nişastalı ərzaqlar, xüsusən kartof dağ yağda qızardılarkən orqanizm üçün toksiki təsir edən və kanserogen maddə kimi tanınan Akrilamid yaranır. Onun yaranmasını və təsirini minimuma endirmək üçün, kartof free, çips və sadəcə qızartma zamanı bir neçə qaydaya əməl etmək lazımdır.

Qeyd edək ki, akrilamid 120 dərəcə və yuxarı temperaturda kimyəvi reaksiyalardan yaranır.

Median.Az medicina.az-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının məlumatlarının analizləri göstərdi ki, Avropa Birliyinə daxil olan 24 ölkədə və Amerikada akrilamid əsasən bu qida məhsulları ilə yayılıb: çips, fri, kofe, ponçiklər, qarğıdalı partlaması - hansı ki, tərkibində şəkər və yüksək miqdar nişasta vardır.

Ən yüksək hədd isə çips və qızardılmış kartofda müəyyən edilib.
Hazırda akrilamid təhlükəsindən qorunmaq üçün Avropada yeni texnologiyalar hazırlanır, xüsusi fermentlərin əlavə olunması nəzərdə tutulur ki, həmin reaksiya baş verməsin.

Evdə isə kartof qızardarkən, bu zərərli maddənin təsirini minimuma endirmək üçün kartofları soyduqdan sonra qızartmazdan öncə 1 saat suda saxlayıb, nişastasını yumaq lazımdır.

Kartofu çox yüksək temperaturda qızılı və qəhvəyi rəng alıb qızarana kimi saxlamayın. Bir az saraldı yetərlidir. Eləcə də qızardarkən çox nazik doğramayın, əksinə qalın kəsin. 14 mm ölçüdə kartofda daha az akrilamid yaranır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 688 02.09.19 23:22