Özünüzü aclıqdan öldürməyin... » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:51 Bekhem Messini buna görə ABŞ-a aparıbmış  |     16:38 "Həmin şirkətlər vəzifəli şəxsin yaxın adamlarına məxsus idi" - 143 milyonluq mənimsəmə  |     16:30 Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı açıqlanıb  |     16:29 "Dollar Nizami"yə hökm oxundu  |     16:25 Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?  |     16:17 Azərbaycanda düyü bahalaşacaq? (AÇIQLAMA)  |     16:11 XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"  |     16:10 "Çudo Peçka"nın dövlətə 150 min manatdan çox borcu var  |     15:50 Qəza zamanı ölən uşağın ailəsinin bağışlamadığı şəxsə hökm oxundu  |     15:40 "TikTok" "YouTube"yə meydan oxuyur: 1 saatlıq videolar gəlir  |     15:37 Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     15:13 Xankəndiyə prokuror təyin edilib - FOTO  |     15:11 Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı  |     15:08 Şəkərli diabet xəstələrini işdən çıxarmaq QADAĞANDIR? - HÜQUQİ İZAH  |     15:07 DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"  |     15:06 Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib  |     14:07 Atmosferi çirkləndirən obyektlər cərimələnib  |     13:55 Sumqayıtda 51 yaşlı qadın döyülüb, telefonu əlindən alınıb  |     13:37 Helikopter qəzasında həlak olan İran XİN başçısının səlahiyyətlərini kim icra edəcək?  |     13:13 1 saylı Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsi olub  |    

Özünüzü aclıqdan öldürməyin...

Arıqlama bütün dünyada trendə çevrilib. Ehtiyac oldu-olmadı, çox adan arıqlamaq üçün dəridən-qabıqdan çıxır. Əksəriyyət də dietoloqa, mütəxəssisə müraciət etmədən, pəhriz saxlayaraq, iştahanı kəsən müxtəlif vasitələr qəbul edərək, çəki atmağa çalışır. Ancaq bilmirlər ki, kor-koranə tətbiq edilən bu üsullar "aclıq xəstəliyinə" - alimentar distrofiyaya, bu isə bəzi hallarda ölümə gətirib çıxara bilər.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, alimentar distrofiya uzun müddət qeyri-kafi qidalanma xəstəliyi olub, ümumi tükənmə, maddələr mübadiləsinin bütün formalarının pozulması, toxumaların və orqanların distrofiyası və funksiyasının pozulması ilə xarakterizə olunur. Yaranma səbəbi orqanizmə kifayət qədər qida maddələrinin daxil olmaması və onların yaxşı mənimsənilməməsidir. Uzun müddət qida qəbulundan imtina etməklə orqanizmdə suyun, zülalların, karbohidratların tamamilə azalması nəticəsində əmələ gələn bu xəstəliyin əsas əlaməti sürətlə arıqlamaqdır. Həzm traktının divarında və həzm vəzilərində distrofik dəyişiklər onların funksiyaların pozulması isə müşahidə olunur, orqanizmdə mübadilənin pozulmasını daha da kəskinləşdirir. Uzun müddət qida qəbulundan imtina etmək mədə-bağırsaq infeksiyalarının inkişaf etməsinə şərait yaradır, nevrogen mənşəli anoreksiya əmələ gəlir və nəticədə kaxeksiya inkişaf edir.

Əlamətləri:

- saç tökülməsi

- quru dəri

- çəkinin azalması

- iştahanın azalması (olmaması)

- amenoreya (menstruasiyanın olmaması)

- tez-tez sidik ifrazı (pollakiuriya)

- əzələ zəifliyi

- ümumi zəiflik, yorğunluq

- nəbzin zəif vurması

- dərinin qızarması

- qan təzyiqinin düşməsi

- bradikardiya

- diş əti qanaması

Alimentar distrofiyanın 3 mərhələsi ayırd olunur.

I mərhələ qidalanmanın zəifləməsi, tez-tez sidik ifrazı, iştahanın artması, susuzluq, xörək duzunun qəbuluna istəyin artması ilə xarakterizə olunur.

II mərhələdə nəzərə çarpan arıqlama ilə yanaşı, xəstənin ümumi halı pisləşir.

Əzələ zəifliyi, əmək qabiliyyətinin itməsi baş verir, bədən temperaturu düşür, ayaqlarda ödəmlər yaranır. İştahanın və susuzluğun artması, tez-tez sidik ifrazı, müxtəlif orqanlarda başlanğıc distrofik dəyişikliklər və psixi dəyişikliklər müşahidə olunur.

III mərhələ üçün orqanizmin tükənməsi və fiziki zəifliyi, dərialtı piy toxumasının tamamilə itməsi, əzələlərin atrofiyası, kəskin halsızlıq (sərbəst hərəkət qabiliyyətinin tamamən itməsi), süstlük, psixikanın nəzərə çarpacaq dərəcədə pozulması, ürək və böyrək çatışmazlığı əlamətləri, anemiya, güclü qəbizlik xarakterikdir. Sonra hipotermiya (xüsusi hallarda bədən temperaturu 30 C qədər düşür), hipertenziya, asidoz inkişaf edir. Lazımi tədbirlər görülmədikdə xəstəliyin gedişatı proqressivləşərək, aclıq komasına çatır. Tibbi yardım edilməsə, III mərhələdə xəstələrin ölümü tədrici və ya qəfləti (1 sutka ərzində) baş verir.

Xəstəliyin müalicəsi var. Ancaq xəstə bunu özbaşına müalicə etməyə çalışmamalıdır. Yalnız həkim şəxsin çəkisini artıran, amma zəifləmiş həzm sistemini birdən-birə yükləməyən xüsusi pəhriz təyin etməlidir. Qida ilə yanaşı, dərman müalicəsi, hətta lazım olsa, parenteral qidalanma təyin edilə bilər. İlk günlər xəstənin fiziki və psixoloji sakitliyinə tam nəzarət olunmalıdır. Aclıq xəstəliyi müddətində bədənin bütün funksiyaları pozulduğu üçün müalicə kompleks şəkildə həyata keçirilməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 498 29.08.19 21:43