Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Alimlər çuğundur suyunun yeni faydalı xüsusiyyətini aşkar etdilər

21.12.2023 12:05 3 600
Alimlər çuğundur suyunun yeni faydalı xüsusiyyətini aşkar etdilər
London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, çuğundur suyu içmək xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan insanlarda qan təzyiqini aşağı salır və əmək qabiliyyətini yaxşılaşdırır.

Araşdırmanın nəticələri “European Respiratory Journal” nəşrində dərc olunub.

Tədqiqatda XOAX-dan əziyyət çəkən 81 nəfər iştirak edib. Bu həyati təhlükə yaradan ağciyər xəstəliyi tənəffüs yollarının iltihabı və bronxların şişkinliyi ilə xarakterizə olunur. İştirakçılar təsadüfi olaraq iki qrupa bölüşdürülüb. Birinci qrupun iştirakçıları 12 ay ərzində gündəlik 70 millilitr konsentratlaşdırılmış çuğundur suyu qəbul ediblər, ikinci qrupun iştirakçılarında isə “platsebo” effekti yoxlanılıb.

Təcrübənin nəticələri göstərib ki, konsentratlaşdırılmış çuğundur suyu içən insanlarda sistolik qan təzyiqi orta hesabla civə sütunu üzrə 4,5 millimetr azalıb. Həmçinin birinci qrupdan olan könüllülərdə dözümlülük və əmək qabiliyyəti göstəriciləri artıb - tədqiqatı başa vurduqdan sonra altı dəqiqə ərzində onlar əvvəlkindən daha çox məsafə qət edə biliblər.

Alimlər vurğulayıblar ki, çuğundur suyu XOAX müalicəsi üçün təhlükəsiz köməkçi vasitə kimi istifadə edilə bilər. Xüsusilə bu içki qan təzyiqini normallaşdırmaqla XOAX olan insanlarda ürək-damar sistemində ağırlaşmaların yaranması riskini azalda bilər.

Qeyd olunub ki, çuğundur suyunun orqanizmə təsirini dərindən öyrənmək üçün bir sıra əlavə tədqiqatlar aparmaq lazımdır.

Mənbə: gazeta.ru

Son xəbərlər