Hava meteohəssas insanların sağlamlığına necə təsir edir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:22 Bakıda uşaq poliklinikasında körpə öldü  |     12:04 Ədalət Verdiyevin MƏHKƏMƏSİ - Bir ittiham üzərindən götürüldü  |     11:48 Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb (YENİLƏNİB)  |     11:33 Tanınmış sovet aktyoru vəfat edib - FOTO  |     11:29 Nikol Paşinyan Fransaya gedib  |     11:27 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     11:19 Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ  |     11:18 Trampdan bir sentlik qəpiklərlə bağlı TAPŞIRIQ - Buraxılışı dayandırılır  |     17:06 Sahil Babayev karateçi olub - Nadir fotolar ortaya çıxdı (FOTO)  |     23:06 İTV-nin canlı yayımına haker hücumu oldu  |     22:52 İran valyutasından yeni antirekord  |     22:44 Babasının pulunu oğurladı, özünə telefon və paltar aldı  |     22:29 Fransada atışma: Ölən və yaralanan var  |     22:15 Taksi sürücüsü YAŞLI QADINI DƏLƏDUZLARDAN belə xilas etdi - VİDEO  |     21:52 İmişlidə yaşlı qadın sirkə turşusu içərək canına qəsd etdi  |     21:48 "Bizim mollalara baxanda qorxursan, bu, İslam deyil"  |     21:36 80 yaşlı Vanq Vanlin 700-dən çox uşağı xilas etdi  |     21:33 "Real Madrid" hər oyundan 10 milyon avro qazanacaq  |     21:31 Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     21:12 Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var  |    

Hava meteohəssas insanların sağlamlığına necə təsir edir?

Küçədəki tufanla birgə sizin əhval-ruhiyyənizin də pisləşdiyini, təzyiqinizin dəyişdiyini, baş, sümük ağrılarının başladığını hiss etmisinizmi? Bütün bunlar yalnız meteohəssaslığın təzahürləri deyil. Hava şəraitindəki hər hansı bir dəyişiklik bu xəstəlikdən əziyyət çəkən insanların sağlamlığına təsir edə bilər. Doğrudur, bu çox subyektiv bir anlayış olduğundan tibb elmində çox vaxt ciddi nəzərə alınmır.

Məlumdur ki, belə xəstəliklərə düçar olmuş insanlara meteoasılılıq çox pis təsir göstərir.

Median.Az bildirir ki, AZƏRTAC hava şəraitinin əhval-ruhiyyəyə təsiri barədə "Medikforum" saytına istinadla məlumat verir.

Artrit və artroz xəstəliklərindən əziyyət çəkənlərə hava dəyişikliyi daha pis təsir göstərir. Alimlər bunun niyə baş verdiyini izah ediblər. Atmosfer təzyiqinin aşağı düşməsi ona gətirib çıxarır ki, daxili maye praktiki olaraq oynaqlara təzyiq göstərir, oynağı uzadır. Bu da sonda narahatçılığa və ağrıya səbəb olur. Bu təhlükəlidirmi? Düzdür, bu, ölümlə nəticələnmir, lakin ağrıya səbəb olur, deməli, həyatın keyfiyyətinə təsir göstərir.

Ancaq aorta anevrizması olanlar üçün bu təhlükəlidir. Belə ki, genişlənmiş damar partlaya bilər. Ona görə də hava temperaturu dəyişmədən də təzyiqi izləmək vacibdir.

Hava kimlər üçün təhlükəli düşməndir? Söylədiyimiz kimi oynaqları ağrıyan və ürəyində problem olanlar üçün. Çünki soyuq hava şəraiti infarkt riskini artırır. Aşağı temperatur damarları daraldır, spazma yaradır. Ateroskleroz xəstələri üçün şaxta daha təhlükəlidir.

Bronxial astması olanlar uzun müddət şaxtalı havada durmaqdan çəkinməlidir. Soyuqdəymə bronxların selikli qişasının şişməsinə, bu da nəticədə boğulmağa gətirib çıxara bilər. Bu, zökəm və digər tənəffüs problemləri üçün xüsusilə təhlükəlidir.

Əhval-ruhiyyəyə isti hava da təsir edə bilir. Çöldə temperatur +30 dərəcədən yuxarı olduqda, beyin aterosklerozu olanlar üçün təhlükə yaranır. Meteoroloji asılılığı olan insanlarda süstlük və yorğunluq əlamətləri ilə yanaşı insult ehtimalı da artır.

İsti hava kök insanlara da pis təsir edir. Onlar çox tərlədiklərinə görə su itirir ki, bu da dehidrasiya riskinin artması deməkdir. Bu vəziyyətdə daha çox su içmək məsləhətdir. Yüksək qan təzyiqi olan insanlarda baş gicəllənməsi və halsızlıq olur. Ona görə də, hər cür hava şəraitində bu göstəriciyə nəzarət edilməlidir.

Hava asılılığını "ləğv etmək" mümkündürmü? Çətin. Ancaq həkiminizin tövsiyələrinə riayət etməli, soyuq hava şəraitində isti yerdə olmalı və sağlam həyat tərzinə riayət edilməlidir. Pis vərdişlərdən imtina edilməli, mülayim aktivlik, balanslaşdırılmış qidalanma - bütün bunlar sizin əhvalınıza daha yaxşı təsir edə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 230 13.01.21 21:54