Onkoloqlar döş xərçəngindən müdafiə olunmağın yolunu araşdırdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:04 Rəisin vəfatı ilə əlaqədar Livanda 3 günlük matəm elan edildi  |     12:38 Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - SƏBƏB  |     12:27 Sabah 25 dərəcə isti olacaq  |     12:19 Sabunçuda evdə üç qadına xəsarət yetirilib: Saxlanılan var  |     12:12 Azərbaycan-Ermənistan sərhədinin Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir  |     12:09 Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb  |     12:08 Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ  |     12:04 Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında  |     12:03 Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu  |     12:00 Azərbaycan XİN İrana başsağlığı verib  |     11:57 Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb  |     11:55 Polis mayoru qəfil vəfat etdi  |     11:54 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:53 Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib  |     11:51 Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırdı  |     11:50 İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi  |     11:49 Gəncədə oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb - FOTO  |     11:44 Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO  |     11:43 Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb  |     11:41 Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ  |    

Onkoloqlar döş xərçəngindən müdafiə olunmağın yolunu araşdırdılar

Bədən çəkisinin azalması süd vəzilərinin xərçənginin inkişaf riskini azaltmağa kömək edəcək.

“EurekAlert” portalının məlumatına əsasən, belə bir qənaətə Amerika Onkologiya Cəmiyyətinin mütəxəssisləri gəliblər.

Əvvəlki tədqiqatlar da onkologiya və artıq çəki arasında əlaqənin olduğunu göstərirdi. Lakin bu araşdırmanın müəllifləri xəstəliyin inkişafının yüksək riskini azaltmağın mümkün olub-olmadığını öyrənməyə çalışıblar.

Alimlər 50 və daha çox yaşı olan 180 mindən artıq qadının məlumatlarını təhlil ediblər. On il ərzində onların çəkisi üç dəfə qeydə alınıb: təcrübənin əvvəlində, beş və doqquz ildən sonra. Tədqiqatın nəticələri göstərib ki, iştirakçılar nə qədər çox çəki itirirdilərsə, onkologiyanın inkişaf ehtimalı da bir o qədər azalırdı. Xəstələr artıq risk qrupunda olduqları halda belə, çəkiləri azaldıqca xərçəng xəstəliyinə tutulma şansları da azalırdı.

“Bizim nəticələrimiz göstərir ki, 50 yaşdan yuxarı qadınlarda hətta orta çəki itkisi də döş xərçənginin inkişafının riskini azaldır”, - deyə tədqiqatın aparıcı müəllifi Lorens Teras bildirib.

Onkologiyanın inkişaf riski iki kiloqramdan dörd kiloqram yarıma qədər arıqlamış iştirakçılarda 13 %, dörd kiloqram yarımdan 9 kiloqrama qədər çəki itirənlərdə 16 %, doqquz kiloqramdan artıq arıqlayanlarda isə 26 % azalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 455 21.12.19 13:16