Asqıranda burun və ağzınızı tutmayın! - Alimlərdən XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:11 XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"  |     16:10 "Çudo Peçka"nın dövlətə 150 min manatdan çox borcu var  |     15:50 Qəza zamanı ölən uşağın ailəsinin bağışlamadığı şəxsə hökm oxundu  |     15:40 "TikTok" "YouTube"yə meydan oxuyur: 1 saatlıq videolar gəlir  |     15:37 Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     15:13 Xankəndiyə prokuror təyin edilib - FOTO  |     15:11 Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı  |     15:08 Şəkərli diabet xəstələrini işdən çıxarmaq QADAĞANDIR? - HÜQUQİ İZAH  |     15:07 DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"  |     15:06 Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib  |     14:07 Atmosferi çirkləndirən obyektlər cərimələnib  |     13:55 Sumqayıtda 51 yaşlı qadın döyülüb, telefonu əlindən alınıb  |     13:37 Helikopter qəzasında həlak olan İran XİN başçısının səlahiyyətlərini kim icra edəcək?  |     13:13 1 saylı Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsi olub  |     13:04 Rəisin vəfatı ilə əlaqədar Livanda 3 günlük matəm elan edildi  |     12:38 Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - SƏBƏB  |     12:27 Sabah 25 dərəcə isti olacaq  |     12:19 Sabunçuda evdə üç qadına xəsarət yetirilib: Saxlanılan var  |     12:12 Azərbaycan-Ermənistan sərhədinin Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir  |     12:09 Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb  |    

Asqıranda burun və ağzınızı tutmayın! - Alimlərdən XƏBƏRDARLIQ

Adətən biz asqıranda ağız və burnumuzu tuturuq. Lakin mütəxəssislərin fikrinə görə, bu çox ziyanlı və təhlükəli adətdir.

Median.Az
saglamolun-a istinadən xəbər verir ki, Lester Universiteti hospitalında çalışan həkimlər BMJ Case Reports jurnalında dərc olunmuş məqalədə bu haqda xəbərdarlıq edir.

Asqırma şərtsiz refleksdir. Asqırma zamanı hava axını burundan sürətlə çıxır ki, bu zaman burnumuz toz, allergenlər və selikdən azad olur.

Asqırma zamanı burundan çıxan havanın sürəti 120 m/san, daxili divarlara olan təzyiq isə 100 mm c.st. təşkil edir. Əgər asqırma zamanı siz burnunuzu tutursunuzsa, güclü hava axını burun-udlaq və qulaqda olan evstaxiy borusuna yönələcək ki, bu da təzyiqin xeyli artmasına səbəb olacaq. Nəticədə damarlar, daxili qulaq və qulaq pərdəsi zədələnə bilər.Bundan əlavə insanda baş ağrısı əmələ gələ bilər.

Daha ağır fəsadlar arasında:

- qida borusu divarının yırtılması (Bu yaxınlarda belə hadisə Böyük Britaniya qeydə alınıb.)

- qulaq pərdəsinin deşilməsi

- beyin anevrizmasının yırtıqlması (ölümlə nəticələnə bilər).

Beləliklə, alimlər asqırma zamanı burun və ağızı sıxmağı tövsiyə etmir. Ədəb qaydalarına riayət etmək üçün dəsmaldan istifadə edin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 505 22.11.19 22:42