Arıqlama həbləri bu xəstəliklərə səbəb olur » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:50 Qəza zamanı ölən uşağın ailəsinin bağışlamadığı şəxsə hökm oxundu  |     15:40 "TikTok" "YouTube"yə meydan oxuyur: 1 saatlıq videolar gəlir  |     15:37 Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     15:13 Xankəndiyə prokuror təyin edilib - FOTO  |     15:11 Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı  |     15:08 Şəkərli diabet xəstələrini işdən çıxarmaq QADAĞANDIR? - HÜQUQİ İZAH  |     15:07 DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"  |     15:06 Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib  |     14:07 Atmosferi çirkləndirən obyektlər cərimələnib  |     13:55 Sumqayıtda 51 yaşlı qadın döyülüb, telefonu əlindən alınıb  |     13:37 Helikopter qəzasında həlak olan İran XİN başçısının səlahiyyətlərini kim icra edəcək?  |     13:13 1 saylı Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsi olub  |     13:04 Rəisin vəfatı ilə əlaqədar Livanda 3 günlük matəm elan edildi  |     12:38 Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - SƏBƏB  |     12:27 Sabah 25 dərəcə isti olacaq  |     12:19 Sabunçuda evdə üç qadına xəsarət yetirilib: Saxlanılan var  |     12:12 Azərbaycan-Ermənistan sərhədinin Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir  |     12:09 Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb  |     12:08 Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ  |     12:04 Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında  |    

Arıqlama həbləri bu xəstəliklərə səbəb olur

Arıqlama vasitələrindən mütəmadi olaraq istifadə etmək həzm sistemində ciddi fəsadlarla nəticələnə bilər. Bu, genişmiqyaslı tədqiqatlardan sonra aydın olub.

RİA Novosti-nin məlumatına görə, araşdırmanın nəticələri “American Journal of Public Health” jurnalında dərc olunub.

Chan adlı Harvard Xalq Sağlamlığı Məktəbinin və Boston Uşaq Xəstəxanasının amerikalı alimləri müəyyən ediblər ki, çəkilərinə nəzarət etmək üçün mütəmadi olaraq arıqlama həblərindən və bağırsaq yumşaldıcı dərmanlardan istifadə edən qadınlar 1-3 il ərzində həzm sistemi xəstəlikləri riski ilə üzləşə bilərlər.

Aparılan tədqiqatlardan məlum olub ki, əvvəllər sağlam olan 14-36 yaş arası qadınların 1,8 faizi arıqlama həblərindən azı 1 il istifadə etdikdən sonra növbəti 3 il ərzində hər hansı həzm sistemi xəstəliklərinə yoluxublar.

Arıqlama həbləri əvəzinə bağırsaq yumşaldıcı dərmanlardan istifadə edənlərdə isə bu göstərici 4,2 faizdən artıq olub.

Müqayisə üçün bildirilir ki, dərman qəbul etməyən həmyaşıd qadınlarda bu göstərici 1 faizi ötməyib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 614 22.11.19 19:10