Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:07 Atmosferi çirkləndirən obyektlər cərimələnib  |     13:55 Sumqayıtda 51 yaşlı qadın döyülüb, telefonu əlindən alınıb  |     13:37 Helikopter qəzasında həlak olan İran XİN başçısının səlahiyyətlərini kim icra edəcək?  |     13:13 1 saylı Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsi olub  |     13:04 Rəisin vəfatı ilə əlaqədar Livanda 3 günlük matəm elan edildi  |     12:38 Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - SƏBƏB  |     12:27 Sabah 25 dərəcə isti olacaq  |     12:19 Sabunçuda evdə üç qadına xəsarət yetirilib: Saxlanılan var  |     12:12 Azərbaycan-Ermənistan sərhədinin Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir  |     12:09 Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb  |     12:08 Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ  |     12:04 Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında  |     12:03 Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu  |     12:00 Azərbaycan XİN İrana başsağlığı verib  |     11:57 Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb  |     11:55 Polis mayoru qəfil vəfat etdi  |     11:54 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:53 Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib  |     11:51 Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırdı  |     11:50 İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi  |    

Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi "Android" smartfonlarına müdaxilə etməyə müvəffəq olublar.

Median.Az “ICTnews”a istinadən xəbər verir ki, ekspertlərin araşdırmasına görə, "Bluetooth" standartını dəstəkləyən qurğular cinayətkarlara smartfona müdaxilə etməyə, fərdi məlumatları oğurlamağa, hətta zəngləri ələ keçirməyə imkan verir.

Hakerlər cihazlara müdaxilə üçün AT-interfeysdən istifadə edirlər. Smartfona göndərilən xüsusi əmrlər nəticəsində təhlükəli bağlantı yaradılır.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Aleksey Qrişin izah edib ki, cinayətkarlar Bluetooth-qurğunun smartfona qoşulması vaxtı yaranan boşluqdan istifadə edirlər.

Onun sözlərinə görə, indi simsiz qurğular və cihazlar arasında rabitə protokolu daha təhlükəsizdir. Buna görə hakerlər yeni üsul (simsiz qarniturlar) axtarıb tapıblar.

Qurğunu daim yeniləyərək təhlükəsizliyi qorumaq olar. Çünki istehsalçılar hər yeniləmədə aşkar edilmiş boşluqları aradan qaldırırlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 633 18.11.19 17:56