İnsanın naməlum əcdadı tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 British Shorthair pişiyini saxlamaq neçəyə başa gəlir?  |     22:47 “Samsung” “Apple”ı geridə qoyaraq dünya lideri oldu  |     22:39 Dırnaqların görünüşünə görə xəstəliyi necə təyin etmək olar?  |     22:30 Uşaqlar üçün ağıllı saatlar - Valideynlər övladlarının hərəkətlərini izləyəcəklər  |     22:25 Misir fironu Ramzesin qalıqları tapıldı  |     22:19 Qlobal istiləşmə beyin sağlamlığına ziyan vurur - ARAŞDIRMA  |     22:08 İsmayıllıda icra nümayəndəsi ölüb  |     22:02 Ağsuda qonşu qonşunu güllələdi  |     21:55 Türkiyənin ilk astronavtı qəzaya düşdü  |     21:47 İyunun havası: Temperatur 39 dərəcəyə yüksələcək  |     21:38 Taksi sürücüləri niyə imtahan verməlidir?  |     21:33 Aptek vitaminləri immuniteti möhkəmləndirmir  |     21:29 Bu şəxslər 12 min manat cərimələnəcək  |     21:16 Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb  |     21:10 Ekspert: Ukrayna Rusiyaya “F-16”larla zərbələr endirə bilər  |     21:03 "İmişli" klubu Əsgər Abdullayevlə yolları ayırıb  |     20:57 Aİ Rusiyaya yardım etdiyinə görə Şimali Koreyadan olan 9 nəfər və təşkilata qarşı sanksiya tətbiq edib  |     20:54 Bu ölkələr Ukraynaya 17 milyardlıq yardım göndərdi  |     20:51 İranda prezidentliyə namizəd olmaq istəyən yeddi iddiaçının adı açıqlanıb  |     20:39 Güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ  |    

İnsanın naməlum əcdadı tapıldı

Almaniya, Bolqarıstan, Avstraliya və Kanadadan olan beynəlxalq alimlər qrupu 11,6 milyon il əvvəl miosen dövründə yaşamış indiyə qədər elmə məlum olmayan primat növünün daşlaşmış qalıqlarını aşkar edib. Tapıntı meymun və insanların son ümumi əcdadının necə olduğunu təxmin etməyə imkan verir.

Məqalə “Nature” jurnalında dərc olunub.

Ətrafların sümüklərinin saxlandığı yeni növ “Danuvius guggenmosi” adlandırılıb. Bu heyvan ön pəncələri ilə budaqlardan yapışaraq sallana bilərdi, lakin gibbon və ya oranqutan kimi digər meymunlardan fərqli olaraq, tez-tez gəzmək üçün istifadə edilən düz arxa ətraflara malik idi. Həmçinin primatın baş barmağı var idi ki, bu da “D. Guggenmosi”nin barmaqların sümüklərinə deyil, ayaqlarına söykəndiyini göstərir.

Əvvəllər alimlər hesab edirdilər ki, ikiayaqlı hominid həmişə dörd pəncənin bütün aşağı səthinə dirənən dördayaqlı primatdan yaranıb. Lakin “D. Guggenmosi” həm ağaca dırmaşma, həm də arxa ayaqları üzərində gəzişməni ehtiva edən tamamilə fərqli hərəkət edirdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 010 09.11.19 13:37