Gələcəkdə ofis işçilərinin bədəni belə olacaq — Dəhşətli görüntü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tənbəlliyə qalib gəlmək üçün ƏN VACİB 5 ADDIM  |     22:51 Meksika ilk dəfə qadın prezident seçəcək  |     22:40 Dünyanın ən qədim kulinariya resepti – Burada tapıldı  |     22:36 2024-cü ildə alınacaq 5 ən yaxşı sərfəli telefon  |     22:29 Azərbaycanlıların BAZAR DAVASI: Ölən var  |     22:23 Bu qidaları südlə birlikdə yemək olmaz  |     22:18 Evdə iki və ya daha çox pişiyi saxlamaq üçün TÖVSİYƏ  |     22:05 Bakıda lüks avtomobil yolda təhlükə saçdı - VİDEO  |     21:57 Mənzillərin təmiri neçəyə başa gəlir? (VİDEO)  |     21:48 Teylor Sviftin konsertinə görə evsiz insanlar şəhərdən qovuldu  |     21:39 Bu il maaşların artırılması gözlənilirmi? - VİDEO  |     21:31 Bakıda ərəb turistdən 100 manat alan bələdçi 200 manat cərimələndi  |     21:25 Qəbul imtahanlarında "ölüm qrupu": Azı 100 bal artacaq?  |     21:19 Alimlər elementinin 79 illik sirri açdı  |     21:08 Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb  |     21:03 Azərbaycanda tələbə dəhşətli qəzaya düşdü  |     21:01 Gürcüstanın səfər sığortası tələbi Azərbaycanın maliyyə bazarına necə təsir edəcək?  |     20:55 Azərbaycanda korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilib  |     20:34 May ayının sonuna olan hava proqnozu açıqlanıb  |     20:26 Bakı Enerji Həftəsində 300 şirkət iştirak edəcək  |    

Gələcəkdə ofis işçilərinin bədəni belə olacaq — Dəhşətli görüntü - VİDEO

Alimlər 10 ildən artıq ofis şəraitində çalışan ofis işçisinin, belə deyək "yazı -pozu, computer işində" çalışanların görünüş, bədənini modelizə edib, proqram maketini hazırlayıblar.

Median.Az medicina.az-a istinadla xəbər verir ki, alimlər Fransa, Almaniya, Britaniyada 3,500 ofis işçisi arasında sorğu keçirmiş, onların bədənlərində, sağlamlıqlarında illər ərzində nə kimi dəyişikliklər baş verdiyini öyrəniblər. Onların cavablarından və gələcəkdə həmin dəyişikliklərin daha da dərinləşəcəyini də nəzərə alıb, Emma adlı ofis işçisinin modelini hazırlayıblar.

Emmanın 38 yaşı var, uzun saatlar monitora baxdığından gözləri dərinləşib və daim qızartılıdır.

Dərisinin rəngi sağlam və parlaq deyil, alnı qırışıb və üzü narazı görkəmdədir, çünki qadın daim açıq havada yox, süni işıqlandırılmış otaqda gününü keçirib.
Günün 8 saatını oturduğu üçün ayaqlarında varikoz var, beli və ayağı, qarnında artıq çəki, piy qatı var, onurğası, qaməti əyridir, boynunda isə qabarıq əmələ gəlib.
Qadının əlləri, ayaqları gün sonuna şişir.

Alimlər ofis işçilərinin iş şəraitlərinin, istirahət və idman vaxtlarının artırılmasının vacibliyini bildirir. Çünki bu insanlar 50-60 yaşa doğru səhhətlərində digər peşələrə nisbətdə daha çox problem yaşayacaqlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 562 25.10.19 23:50