1896-cı il: dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:09 Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 3 000-i ötüb  |     16:40 Bakıda müğənnini döyüb qarət edənlərə CƏZA İSTƏNİLDİ  |     16:33 Ermənistanda Rusiyanın "Birinci kanal"ının yayımı bərpa edildi  |     16:23 Qırğızıstan Avropada terror aktının qarşısını aldı  |     16:18 Repçi çayda boğulub öldü  |     16:13 Volodimir Zelenski Rusiya ilə danışıqlardan imtina etdi  |     16:02 BDU-da hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunur  |     15:53 Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...  |     15:42 Kamil Zeynallıya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxundu  |     15:32 Antonio Kontenin yeni komandası bəlli oldu  |     14:33 Cəlilabadda yük maşını aşıb, xəsarət alan var  |     14:18 Su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanıldı  |     14:14 Bakıda yeni ticarət mərkəzinin qarşısında təhlükəli vəziyyət  |     14:03 Zahid Oruc: Bakıda 18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər  |     13:55 Zakir Həsənov türkiyəli nümayəndə heyəti ilə görüşüb  |     13:43 Rusiyanın dünyada axtardığı "təhlükəli cinayətkar" Bakıda tutuldu  |     13:32 Hindistanda anomal istilər pik həddə çatdı - 2 saata 16 nəfər öldü  |     13:22 İyunda neçə gün evdəyik?  |     13:20 Milli Məclisin növbədənkənar sessiyası çağırıldı  |     13:15 İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının SİYAHISI  |    

1896-cı il: dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi - FOTO

Hind rahibi Svami Şivananda (Swami Sivananda) dünyanın ən yaşlı sakini adına real namizəddir.

“Daily Mail” xəbər verir ki, Kəlküttədən Londona tranzitlə səyahət edən hindin pasportu Əbu-Dabi (BƏƏ) şəhərinin hava limanı əməkdaşlarının diqqətini cəlb edib.

Sənədə əsasən Svami Şivananda 1896-cı ilin 8 avqustunda Hindistanda anadan olub. Əgər sənəddəki məlumatlar düzdürsə, 123 yaşlı Şivananda Yer kürəsinin sağ olan ən yaşlı adamı hesab edilir.

Kişi yaşından daha cavan görünür. Cavanlığın sirrini rahib yoqada, intizamda və cinsi əlaqələrdən imtinada olduğunu bildirib.

“Mən sadə qidalanıram: ancaq bişmiş, yağsız və ədviyyatsız yeməklər yeyirəm. Süd və meyvə də yeməkdən vaz keçirəm”, - deyə hindli qeyd edib.

Daha əvvəl jurnalistlərə verdiyi müsahibədə rahib bildirib ki, 5 yaşında valideynlərini itirib. Şivananda böyüdükdən sonra həyatını rahibliyə həsr etmək qərarına gəlib.

Şagirdləri ona dəfələrlə məsləhət görüblər ki, planetin ən yaşlı adamı kimi tanınmaq üçün “Ginnesin rekordlar kitabına” müraciət etsin.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 896 09.10.19 13:01